Türkiyədə əhali ölkənin nüvə silahına müharibə üçün yox, çəkindirici qüvvə kimi malik olmasını dəstəkləyir
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə dünyanın ən strateji yerlərindən birində yerləşir və Asiya ilə Avropa arasında körpü rolunu oynayır.
Kərəm Qarabulud
“Türkiyənin Balkanlar, Yaxın Şərq, Qafqaz və Afrika kimi dünyanın ən çox müharibə apardığı bölgələrlə quru və dəniz əlaqələri var. Bir dövlət olaraq onun tarixi uzun və şərəflidir. Bir vaxtlar dünyanın üç ən böyük dövlətindən biri olub. Bütün bunlar Türkiyənin hər zaman manipulyasiya ediləcəyini və onu zəiflətmək istəyənlərin bunu edə biləcəyini nümayiş etdirir. Məhz bu səbəbdən Türkiyə ictimaiyyətinin 70-80%-i Türkiyənin nüvə silahına müharibə məqsədi ilə deyil, sülhməramlı və çəkindirici qüvvə kimi malik olmasını dəstəkləyir. Əslində ABŞ, İsrail, Rusiya, Hindistan, Pakistan, Şimali Koreya kimi ölkələrlə yanaşı, bu gücə sahib olmaq Türkiyənin təbii haqqıdır. Türkiyənin xüsusiyyətləri, yuxarıda qeyd etdiyim kimi, bunu zəruri edir.
Bundan başqa, Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” devizinə uyğun olaraq, Türkiyə öz gücünü bölgədə və dünyada sülhün, əmin-amanlığın, sabitliyin və iqtisadi inkişafın təşviqi üçün istifadə edəcək. Bu xüsusiyyət Türkiyəyə Azərbaycan, digər türk respublikaları və hətta Ermənistan üçün qarant rolunda çıxış etməyə imkan verəcək”-deyən Kərəm Qarabulud qeyd edib ki, Türkiyənin kifayət qədər uran ehtiyatları da əhəmiyyətli bir üstünlükdür və Qarabağ qələbəsindən sonra Türkiyənin hərbi qüdrəti sayəsində bölgəyə gətirdiyi sülh mühiti də buna misaldır. Kərəm Qarabuludun sözlərinə görə, bu vəziyyət qlobal miqyasda oxşar təsirə malik olacaq.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 12 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















