Türkiyədə FETÖnün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Kayseri şəhərində keçirilən əməliyyat zamanı FETÖ-nün sabiq lideri Fətullah Gülənin şəxsi mühafizəçiliyini etmiş keçmiş polis rəisi də daxil olmaqla doqquz nəfər saxlanılıb.
Oxu.Az-ın DHA-ya istinadla verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.
Bildirilir ki, Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları FETÖ-yə qarşı aparılan istintaq çərçivəsində təşkilatın gizli sığınacaqlarına basqın ediblər.
Əməliyyat zamanı təşkilatın başçısı Fətullah Gülənin mühafizəçisi olmuş vəzifədən azad edilmiş polis rəisi A.A. (58), həmçinin vəzifədən azad edilmiş polis rəisi Ö.A. (52), işdən çıxarılmış həbsxana nəzarətçisi Ö.B. (34), barəsində qəti 7,5 il həbs cəzası olan H.K. (42), S.Y. (32), E.T. (42), M.T. (41), İ.D. (54) və E.Ç. (39) tutulublar.
Saxlanılan 9 şübhəli şəxs polis məntəqəsinə aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















