Icma.az
close
up
RU
Türkiyədə həbsdən məzuniyyətə çıxdı, Batumiyə qaçmaq istədi Bakıda həbs edildi

Türkiyədə həbsdən məzuniyyətə çıxdı, Batumiyə qaçmaq istədi Bakıda həbs edildi

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Türkiyədə həbsxanadan məzuniyyətə çıxaraq, saxta pasportla Azərbaycana keçmək istəyən şəxs saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, 26 iyun 1994-cü ildə Türkiyənin Mersin şəhərində anadan olmuş H.A. saxtalaşdırılmış anket məlumatları və öz fotoşəkli daxil edilməklə Türkiyə Respublikasına məxsus pasportla Bakıya gəlib. 

H.A. əvvəlcə saxta pasportla Türkiyədən Naxçıvana, ordan da təyyarə ilə Bakıya yollanıb. O, hava limanına endikdən sonra Bakı-Batumi  aviareysinə bilet alaraq, Gürcüstana uçmaq istəyərkən saxlanılıb. 

Aparılan araşdırma zamanı məlum olub ki, H.A. 2018-ci ildə Mersində milliyyətcə suriyalı şəxsi bıçaqladığı üçün şəhər məhkəməsinin hökmü ilə 22 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təxminən 6 il cəzaçəkmə müəssisəsində saxlanıldıqdan sonra 2024-cü ilin iyun ayının ortalarında 11 gün müddətinə məzuniyyətə buraxılıb. 

O, cəza çəkməkdən boyun qaçırmaq, həmçinin məhkum olunması ilə bağlı Türkiyə Respublikasının dövlət sərhədlərini rəsmi qaydada keçə bilməməsi səbəbindən özünə 27 min dollara saxta sənəd hazırlayaraq Bakıya gəlib və burdan da Batumiyə uçmaq istəyib. 

Ona Cinayət Məcəlləsinin 318.1, 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə H.A barəsində bir il müddətinə azadlıqdan məhrum olunub. /qaynarinfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri