Türkiyədə meşə yanğınları ilə bağlı həbs edilənlər var Nazir açıqladı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, araşdırmalar çərçivəsində müəyyən edilən şübhəlilərdən 9-u həbs edilib, 14 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
A. Gürlek bildirib ki, "Yaşıl Vətən"i təhdid edən meşə yanğınlarının başvermə səbəbləri və şübhəli şəxslər hərtərəfli araşdırılır: "Türkiyə İstintaq işləri Təbii Fəlakətlər və Qəzalar Departamentinin nəzarəti, Respublika Baş Prokurorluqları və aidiyyəti qurumların koordinasiyası ilə həyata keçirilir".
Nazir qeyd edib ki, meşə yanğınları həm qəsdən törədilmə, həm də səhlənkarlıq və ehtiyatsızlıq ehtimalları baxımından diqqətlə araşdırılır.
"Meşələri qəsdən yandıranların, eləcə də səhlənkarlıq və ya ehtiyatsızlıq nəticəsində yanğına səbəb olan şəxslərin müəyyən edilərək ədalət qarşısına çıxarılması istiqamətində işlər qətiyyətlə davam etdirilir. Cinayət şübhəsi olan heç bir meşə yanğınının səbəbi müəyyən edilmədən qalmasına imkan verilməyəcək", - deyə Gürlek bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Avqust 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















