Icma.az
close
up
RU
Türkiyədə məşhur dic xadimi saxlanıldı Nədə ittiham olunur? (VİDEO)

Türkiyədə məşhur dic xadimi saxlanıldı Nədə ittiham olunur? (VİDEO)

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Adana şəhərində "Furkan Vəqfi"nə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı vəqfin qurucu rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytulun da aralarında olduğu çox sayda şəxs saxlanılıb.

"AzPolitika" Türkiyə KİV-lərinə istinadla xəbər verir ki. əməliyyatın səhər saatlarında Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Kuytulun Seyhan rayonundakı evinin ətrafında çevik qüvvə və xüsusi təyinatlı polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb.

Kuytulun "X" hesabından yayılan açıqlamada onun və həyat yoldaşının “saxlanılma qərarı olmadan, qandallanaraq qanunsuz şəkildə” saxlanıldığı iddia edilib. Hesabdan saxlanılma anını əks etdirən video da paylaşılıb.


Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında əməliyyatla bağlı məlumat verib.

Nazirin sözlərinə görə, “cinayət təşkilatı yaratmaq və idarə etmək, təşkilata üzvlük, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması, ağırlaşdırılmış dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və Vergi Prosessual Qanununa zidd hərəkətlər” ittihamları üzrə 32 şübhəli barəsində hüquqi proses başladılıb.

Gürlek bildirib ki, Adana mərkəzli olmaqla altı vilayətdə 49 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində 5 şirkətə qəyyum təyin edildiyi, həmçinin 349 sosial media hesabına girişin məhdudlaşdırılması barədə qərar verildiyi açıqlanıb.

Ədliyyə naziri xüsusilə vurğulayıb ki, araşdırma hər hansı dini qrup, inanc və ya düşüncə ilə bağlı deyil.

Maraqlı məqamlardan biri oldur ki, əməliyyat Alparslan Kuytulun bir neçə gün əvvəl sosial media hesabında yaydığı açıqlamadan sonra baş verib.

Kuytul avqustun 15-də yayımladığı videoda Süleymancılar icmasının uzun illər hökumətə səs vermədiyini və bir müddət CHP-ni dəstəklədiyini bildirib. O, həmin icmaya qarşı keçirilən əməliyyatın siyasi mövqelərlə əlaqəli ola biləcəyini iddia edib.

Kuytulun sözlərinə görə, Süleymancılar AKP-ni dəstəkləsəydilər, onların belə bir əməliyyatla üzləşməyəcəyinə əmin olardı.

Bu açıqlamadan sonra Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Kuytula sərt cavab verib.

Saral sosial media paylaşımında Kuytula müraciətlə “Sənin də suyun kifayət qədər isindi, Kuytul! Ağıllanmamısan, sıra sənə də gələcək!” ifadələrini işlədib.

İstintaq çərçivəsində irəli sürülən ittihamlarla bağlı yekun hüquqi qərarın isə araşdırmanın nəticələrindən sonra veriləcəyi gözlənilir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Avqust 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri