Icma.az
close
up
RU
İmamoğlu nədə ittiham olunur? TƏFƏRRÜAT

İmamoğlu nədə ittiham olunur? TƏFƏRRÜAT

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İstanbul bələdiyyə sədri və Türkiyə müxalifətinin lideri Əkrəm İmamoğlu saxlanılıb. Onun saxlanılma təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Mənbə qeyd edir ki, İstanbul Baş Prokurorluğunun apardığı genişmiqyaslı araşdırmanın əsasını İstanbul Bələdiyyəsinə məxsus media şirkəti Medya A.Ş.-nin tender proseslərində yol verdiyi qanunsuzluqlar təşkil edir.
İddalara görə, bu tenderlər zamanı cəmiyyətə zərər dəyib. Həmçinin 2024-cü ilin seçkilərində “Şəhər Konsensusu”nun Xalq Bərabərliyi və Demokratiya Partiyası vasitəsilə PKK ilə əlaqəsi üzə çıxıb.
Onun həbsi ilə bağlı qərar İmamoğluna martın 18-də təhsil diplomunun ləğvi ilə başlayan hüquqi və siyasi təzyiq prosesindən sonra verilib.
İmamoğluna qarşı irəli sürülən ittihamlara aşağıdakılar daxildir:
Tender saxtakarlığı və cəmiyyətə dəyən ziyan: Medya A.Ş.-nin təşkil etdiyi tenderlərdə bəzi şirkətlərə şişirdilmiş qiymətlərlə haqsız olaraq güzəştlər edilib və nəticədə dövlət resurslarından qanunsuz istifadə edilib. Bu cinayətə görə 3 ildən 7 ilə qədər həbs cəzası verilir.
Terror təşkilatı (PKK) ilə əlaqə: Prokurorluq "Şəhər Konsensusu" çərçivəsində PKK-ya maliyyə dəstəyi vermək üçün İstanbul Böyükşəhər Bələdiyyəsinin bəzi layihələrindən istifadə edildiyi iddiasını araşdırır. Bu ittihama ( Türkiyə Cəza Məcəlləsinin 314-cü maddəsi - silahlı terror təşkilatına üzv olmaq) görə 5 ildən 10 ilə qədər həbs cəzası və siyasi qadağa verilir.
 

Cinayət təşkilatının yaradılması: İddiaya görə, İmamoğlu bu fəaliyyəti cinayət təşkilatının tərkibində təşkil edib. Lakin bu ittihamın təfərrüatı hələ dəqiqləşdirilməyib.


İstintaq sənədlərində telefon dinləmələri, fiziki müşahidə hesabatları və bank hesabı əməliyyatları kimi sübutların mövcudluğu da yer alıb. Amma İmamoğlunun vəkilləri bu ittihamların heç bir hüquqi əsası olmadığını və siyasi uydurma olduğunu iddia edirlər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri