Dilan Polat yenidən saxlanıldı: Görün nədə ittiham olunur
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə tanınmış sosial media fenomeni Dilan Polat "Prezidenti təhqir etmə" ittihamı ilə saxlanılıb.
Musavat.com xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, o, ifadə verməsi üçün məhkəmə binasına gətirilib.
İstintaqı hansı Baş Prokurorluğun apardığı, habelə ittihama səbəb olan paylaşımın və ya işlədilən ifadələrin məzmunu barədə hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, iyun ayında Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında Ankara Sülh Cəza Məhkəməsinin qərarı ilə Dilan Polatın "Instagram" hesabına giriş məhdudlaşdırılmışdı. Qərarın ictimai qaydanın və əhalinin sağlığının qorunması məqsədilə qəbul edildiyi bildirilir.
Qeyd edək ki, Polat cütlüyü bir müddət əvvəl başqa bir hadisə ilə də gündəmə gəlmişdi. Belə ki, onların mühafizəçiləri və Engin Polatın əmisi oğlu Can Polat silahlı hücum nəticəsində həyatını itirmiş, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq həbs olunmuşdular.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:66
Bu xəbər 30 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















