Icma.az
close
up
RU
Türkiyədə narkotik əməliyyatı: Məşhur şəxslərin intim görüntüləri gizli qeydə alınıb

Türkiyədə narkotik əməliyyatı: Məşhur şəxslərin intim görüntüləri gizli qeydə alınıb

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə bir çox tanınmış şəxsləri əhatə edən narkotik əməliyyatları ilə bağlı yeni detallar ortaya çıxıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, məşhur qadın teleaparıcının onunla yaxın münasibətdə olan tanınmış şəxslərin video və fotolarını gizli şəkildə lentə aldığı iddia edilir.

Bundan əlavə, məşhur klub rəhbərlərindən birinin sözügedən proseslə əlaqədar dindirilmək üçün hüquq-mühafizə orqanlarıma çağırılacağı da bildirilir.

Proses çərçivəsində "gənc qızlar və qadınlar iş vədləri adı altında homoseksual münasibətlərə məcbur edilib və çəkiliş zamanı qadağan olunmuş maddələrdən istifadə etməyə məcbur olunublar" kimi iddialar da irəli sürülüb.

Şübhəlilərin bəziləri, o cümlədən tanınmış teleaparıcılar və sosial media fəalları "narkotik maddələrin alınması, saxlanması və istifadəsi, eləcə də istifadəsinə kömək etmək" ittihamları ilə saxlanılıblar.

Türkiyəli jurnalist Abdurrahman Şimşek narkotik əməliyyatı ilə bağlı istintaqın qarşıdakı günlərdə daha təəccüblü və qalmaqallı məcrada davam edəcəyini bəyan edib. O, hazırda həbsdə olan teleaparıcı ilə Türkiyənin ən nüfuzlu üç futbol klubundan birinin rəhbərliyində təmsil olunan şəxsin arasındakı yazışmaların dinlənildiyini açıqlayıb.

Şimşek iddia edib ki, istintaqda adı keçən aparıcı hər ay ABŞ-yə səyahət edib və bu səfərlər zamanı yüksəkvəzifəli şəxslərlə görüşlərinin videolarını çəkib.

"Prokurorluq da bu qadın aparıcının ABŞ-yə səfəri ilə maraqlanır. O, qarşılaşdığı hər kəslə "möhtəşəm gecələr" keçirdikdən sonra onların foto və videolarını çəkib. Bunun sübutu onun telefonunda tapılıb. Başqa sözlə, o, kiminləsə gecəni bir yerdə keçirəndə gizli şəkildə çəkilişlər aparıb. Onun görüşdüyü insanlar isə öz sahələrində strateji əhəmiyyətli şəxslərdir", - deyə Şimşek bildirib.

Digər türkiyəli jurnalist Mehmet Karataş isə tanınmış və yüksəkvəzifəli şəxslərin xüsusilə hədəfə alındığını və narkotik şəbəkəsinə cəlb edildiyini söyləyib. O, qadın aparıcının təşkil etdiyi görüşlərin gizli şəkildə mobil telefon kameraları ilə qeydə alındığını vurğulayıb.

"Burada diqqətçəkən məqam odur ki, adları qeydə alınan şəxslər maddi vəziyyətlərinə görə deyil, tutduqları vəzifələrə görə seçiliblər. Onlar bu şəxsləri seçib və tələyə saldıqdan sonra gizli çəkilişlər aparıblar. Prosesdə adları hallanan şəxslər tutduqları vəzifələrinə və başlarına gələn hadisələrə görə yaxın günlərdə ən çox danışacağımız mövzular olacaq", - deyə Karataş bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri