Türkiyədə növbəti kütləvi zəhərlənmə: Toyuqlu plov yeyən çox sayda insan xəstəxanaya yerləşdirildi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Sakarya vilayətinin Ferizli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, mövlud mərasiminə qatılan və mövlud süfrəsində toyuqlu plov yeyən çox sayda insanda ürəkbulanma, ağrı və ishal şikayətləri ortaya çıxıb.
Nəticədə 17 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Kocaeli vilayətində 648 nəfər toyuq dönərindən zəhərlənib. Həmçinin Konya vilayətinin Sarayönü rayonunda 400-ə yaxın insan zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib, lakin səbəbi müəyyən edilməyib.
Baxış sayı:117
Bu xəbər 14 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















