Türkiyədə onlarla tələbə xəstəxanaya yerləşdirildi səbəb yenə də zəhərlənmədir
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Adıyaman bölgəsində tələbələrin qaldığı KYK (Kredit və Yurdlar Qurumu) yataqxanalarında axşam yeməyindən sonra 70 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıb. Tələbələrin vəziyyətinin yaxşı olduğu, heç birinin həyati təhlükəsinin olmadığı bildirilib.
Milli.Az xəbər verir ki, Adıyamanın Besni rayonunda Adıyaman Universiteti tələbələrinin qaldığı qız və oğlan yataqxanalarında axşam yeməyindən qısa müddət sonra tələbələrdə ürəkl bulanma və başgicəllənmə kimi şikayətlər yaranıb.
Şikayətləri olan 70 tələbə, təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra tələbələr palatalara yerləşdirilərək müalicəyə başlanılıb. Həkimlərin verdiyi məlumata görə, tələbələrin heç birinin həyati təhlükəsi yoxdur və səhhətləri nəzarət altındadır.
Hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmalar davam edir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 23 Noyabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















