Türkiyədə oynayan yığmamızın sabiq üzvü seçim edəcək Azərbaycana da gələ bilər
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Azərbaycan millisinin sabiq üzvü Barış Ekincier karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçuya Premyer Liqamızın iddialı klubları maraq göstərir.
"Ümraniyespor"un üzvü Azərbaycana gəlmək ehtimalını da gözdən keçirəcək. Amma yarımmüdafiəçiyə hətta Türkiyə Superliqasının təmsilçilərinin də maraq göstərdiyi iddia edilir.
Qeyd edək ki, Barış Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib. Barışın “Ümraniyespor”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, bu mövsüm 16 matçda 4 qol vurub, 1 asist edib. Barış “Bohum”, “Austriya Klagenfurt”, “Valdhof Manhaym”, “Şanlıurfaspor”da oynadıqdan sonra mövsümün əvvəlində “Ümraniyespor”a keçmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Yanvar 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















