Icma.az
close
up
RU
Türkiyədə baş verən zəlzələ Azərbaycana gələ bilməz Qurban Yetirmişli

Türkiyədə baş verən zəlzələ Azərbaycana gələ bilməz Qurban Yetirmişli

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ölkəmizdə xırda təkanlar hər zaman olur və olacaq, lakin dağıdıcı gücə malik zəlzələ hələ ki, gözlənilmir

Qardaş Türkiyə Respublikasında Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

Məlumatda qeyd olunur ki, hazırda Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.

Qeydə alınan təkanlar arasında maqnitudası 3-dən yuxarı olan təkanlarla yanaşı, zəif maqnitudalı təkanlar da var. Afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir.


Geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Sherg.az-a bildirib ki, Türkiyədə baş verən zəlzələ Azərbaycana gələ bilməz:

“Həm məsafə, həm də dərinlik qırılmalarının müxtəlifliyi baxımından Türkiyədə baş vermiş zəlzələnin Azərbaycanda olan ocaqları oyatma ehtimalı yoxdur. Ölkəmizdə xırda təkanlar hər zaman olur və olacaq da. Lakin dağıdıcı gücə malik olan zəlzələ hələ ki, gözlənilmir. Gün ərzində 50-yə yaxın hiss edilməyən təkanlar qeydə alınır. Onların içərisində hiss edilənlər də olur. Ölkə ərazisində, xüsusilə Böyük Qafqaz dağ silsiləsi boyunca, tarixi dövrlərdə dağıdıcı zəlzələlər qeydə alınıb. Məsələn, 1139-cu ildə Gəncədə və 1667-ci ildə Şamaxıda baş verən zəlzələlər böyük dağıntılara səbəb olub. Zəlzələlərin maqnitudası 3 və 3.3 olduqda qorxulu və ya dağıdıcı təsirə səbəb olmur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri