Türkiyədə Azərbaycana qarşı kampaniya... MM
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb.
Axar.az xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib.
Qeyd olunub ki, monitorinqlər nəticəsində kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf aldığı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarda dövlətə və dövlət institutlarına qarşı inamsızlıq, eləcə də cəmiyyətdə qütbləşmə yaratmağa yönəldiyi müəyyən edilib.
Açıqlamaya görə, kampaniya əlaqələndirilmiş şəkildə, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə həyata keçirilir.
Komissiya bildirib ki, kampaniyanın iştirakçıları ilə bağlı məlumatlar Azərbaycanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
Həmçinin Türkiyə qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratdığı qeyd olunub.
Komissiya Azərbaycan və Türkiyə vətəndaşlarını saxta informasiyalara inanmamağa və bu məsələdə diqqətli olmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Sentyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















