Icma.az
close
up
RU
Türkiyədə PUA zavodu tikilir

Türkiyədə PUA zavodu tikilir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin texnologiya və müdafiə şirkəti “ZenaTech” Türkiyəyə böyük sərmayə qoymağı planlaşdırır. 

“Cebheinfo.az” xəbər verir ki, şirkət Türkiyədə bir zavod quraraq 1000 ədəd “ZenaDrone” modeli pilotsuz uçuş aparatlarını istehsal etməyi hədəfləyir. 

Bu addım isə Türkiyənin PUA istehsalındakı gücünü daha da sürətləndirəcək.

Türkiyə “Bayraktar”, “ANKA”, “Kargu” və “Karayel” kimi dünyaca məşhur PUA-larla müdafiə sənayesinin əhəmiyyətli oyunçusuna çevrilib.

2022-ci il etibarən Türkiyə dünya pilotsuz təyyarələr istehsalında ABŞ-dən sonra ikinci yerdədir və təxminən 1500 pilotsuz hava vasitəsi ilə böyük gücə malikdir.

ABŞ-nin “ZenaTech” şirkətinin açacağı zavod müdafiə və kənd təsərrüfatı sektorları üçün pilotsuz təyyarələrin istehsalını sürətləndirəcək.

Şirkət “ZenaDrone” 1000 modelini ABŞ Müdafiə Nazirliyi və NATO üçün istehsal edəcək. Bu addım Türkiyənin müdafiə sənayesində beynəlxalq rəqabət qabiliyyətini artıracaq.

“ZenaTech”in baş direktoru Shaun Passley Türkiyədə quracaqları zavodun “ZenaDrone” 1000 modelini inkişafını sürətləndirəcəyini bildirib.

Passley Türkiyənin müdafiə sənayesi innovasiyaları və eksperimental pilotsuz uçuş aparatlarının sınaqları üçün əla yer təklif etdiyini bildirib və bu investisiyaların gələcək layihələrə əhəmiyyətli töhfələr verəcəyini qeyd edib. 

Bundan əlavə, “ZenaTech” eyni vaxtda uçan bir neçə dronun idarə edilməsinə imkan verən mobil Dron Komanda Mərkəzini hazırlayacaq. 

Bu mərkəz ünsiyyət və nəzarət baxımından mühüm rol oynayacaq.

2017-ci ildə kənd təsərrüfatı sənayesi üçün qurulan “ZenaTech” 2023-cü ildən etibarən ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunları ilə uğurlu sınaqlar keçirmiş və Birləşmiş Ərəb Əmirliklərində ikinci obyektini açmışdır. 

Qlobal hərbi pilotsuz təyyarələr bazarının 2032-ci ilə qədər 47 milyard dollara çatacağı gözlənilir. “ZenaDrone” bu artan bazardan pay almağı hədəfləyir və müxtəlif müdafiə sektorlarına diqqət yetirir.
Qeyd edək ki, “ZenaTech”in Türkiyədə quracağı zavod ölkənin müdafiə sənayesi ixracatındakı uğurunu gücləndirəcək və xarici şirkətlərin Türkiyəyə marağını artıracaq. 

Türkiyə dünya miqyasında pilotsuz uçuş aparatları istehsal mərkəzi olmaq yolundadır.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri