Türkiyədə qeyri leqal miqrasiya ilə məşğul olan onlarla şəxs saxlanılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 2 may, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-leqal miqrasiyanın təşkilatçıları və ortaqlarına qarşı növbəti genişmiqyaslı əməliyyatın başlanması barədə açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin bütün ərazisini əhatə edən əməliyyata polis və jandarma ilə yanaşı, sahil mühafizə qüvvələri də cəlb olunub.
Nazir sosial şəbəkədə yazıb: “Limanlarda, ictimai nəqliyyat dayanacaqlarında və şəhərlərarası nəqliyyat stansiyalarında ümumilikdə 420 269 nəfərin şəxsiyyəti yoxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sökülməsi nəzərdə tutulan 4 309 binaya baxış keçirib”.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrasiyanın təşkili ilə məşğul olan 21 nəfəri, o cümlədən 547 qanunsuz miqrantı saxlayıblar.
A.Yerlikaya Türkiyə hüquq-mühafizə orqanlarının bütün hərəkətlərində insan hüquq və azadlıqlarının fundamental prinsiplərini nəzərə aldığını və bunun bütün dünyaya nümunə olduğunu vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















