Türkiyədə Rusiya səfirinin qətlinin təşkilatçısı olan şəxs adını niyə dəyişdi?
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin təşkilatçılarından biri, Kanadaya qaçan türkiyəli Cemal Karatın adını dəyişdirdiyi bəlli olub.
Moderator.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bunun səbəbi qətl təşkilatçısının Rusiya tərəfindən qaçırılmaq qorxusu olub. Türkiyə dövləti tərəfindən axtarışda olan Karat adını Salih Ada olaraq dəyişdirib.
Rusiya səfiri 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən qətlə yetirilib. Ona hücum edən şəxs zərərsizləşdirilib.
Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı kimi təsnif edib. Diplomata ölümündən sonra "Rusiya qəhrəmanı" adı verilib.
Karlovun qətli ilə bağlı hökm Türkiyədə 2021-ci ildə elan edilib. Beş nəfər ömürlük həbs cəzasına, səkkiz nəfər 5 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum edilib, altı nəfər isə bəraət alıb.
Məhkəmə qaçaq müttəhimlərin işlərini ayrıca icraata götürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 16 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















