Yeni imkanlar yaradıldı: Qışda istirahət üçün bu ərazilərə üz tutun
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan spesifik coğrafiyaya malik ölkədir və burada həm qış, həm də yay turizmi üçün geniş imkanlar var. Bunun üçün kifayət qədər təbii şərait mövcuddur. Adətən yay turizmi ön plana çıxarılır, halbuki qış turizmi də diqqət tələb edir".
Bu sözləri Demokrat.az-açıqlamasında turizm məsələləri üzrə ekspert Rahib İsmayılov deyib.
"Hər turizm istiqamətinin öz bazarı var. Yay turizmində dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlir. Qış turizmində isə əsas turist axını Hindistan, Pakistan və ərəb ölkələrindən müşahidə olunur. Bu da həmin ölkələrdə qış və qar şəraitinin olmaması ilə bağlıdır".
O bildirib ki, Azərbaycanda qış turizmi üçün uyğun ərazilər kifayət qədərdir:
"Ölkənin bir çox bölgəsi bu turizm növü üçün əlverişlidir. Kurort və sanatoriya tipli obyektlərin sayı hər yerdə eyni olmasa da, ümumi potensial mövcuddur. Göygölə turistlər əsasən yayda gəlsə də, qışda da bölgə öz gözəlliyini qoruyur. Daşkəsən və ətraf ərazilər də bu baxımdan diqqətəlayiqdir. Qarabağ bölgəsi isə işğaldan sonra bərpa prosesləri fonunda böyük turizm potensialına malikdir".
Ekspert deyib ki, qış turizmində əsas məhdudlaşdırıcı amil məsafədir:
"Turistlər daha çox yaxın bölgələrə üstünlük verirlər. Bu səbəbdən qərb və şimal qərb bölgələri nisbətən geri qalır. Hazırda turistlər əsasən Quba, Şahdağ və Qusar zonalarını, bəzən də Qəbələ və İsmayıllı istiqamətlərini seçirlər. Bu bölgələr Bakıya yaxın olduğu üçün daha sürətlə inkişaf edib.
Şimal bölgələrində otel infrastrukturu və əlavə turizm imkanları daha yaxşı formalaşıb. Bununla yanaşı, dövlət və yerli turizm şirkətlərinin fəaliyyəti nəticəsində şimal qərb və Qarabağ bölgələrində də qış turizminin inkişafı mümkündür. Bu ərazilərdə potensial var, əsas məsələ əlçatanlığın və infrastrukturun gücləndirilməsidir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Qışda istirahət üçün uyğun olan ŞƏHƏR
21 Fevral 2025 11:35
Qışda istirahət harada daha sərfəlidir?
16 Yanvar 2026 02:17
Qışda üz dərisi niyə tez qocalır?
05 Yanvar 2026 20:39
Bal qışda nə üçün FAYDALIDIR?
17 Yanvar 2025 11:04
Qışda kökəlməmək üçün bunları edin TÖVSİYƏ
16 Noyabr 2024 04:15
Baxış sayı:73
Bu xəbər 16 Yanvar 2026 19:46 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları