Icma.az
close
up
RU
Türkiyədə növbədənkənar seçki olacaq? Ərdoğan namizəd olmasa, Azərbaycan…

Türkiyədə növbədənkənar seçki olacaq? Ərdoğan namizəd olmasa, Azərbaycan…

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Türkiyədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair iddialar yayılıb. Bu iddialar daha çox Türkiyə müxalifətindən və müxalifətə bağlı media resursları üzərindən yayılır. Müxalifətin iddiası belədir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir dönəm də prezident seçilmək istəyir və buna görə konstitusiyanı dəyişdirmək, habelə kürd elektoratın dəstəyini almaq üçün "Öcalan kartı"nı irəli sürür.

Milli.Az Globalinfo.az-a istinadən bildirir ki, AKP hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət müəyyən qrupları narazı salır. Xüsusilə Türkiyə daxilində buna dair etirazlar artmaqdadır. Bütün bunlara baxmayaraq, Türkiyədə bu tezlikdə növbədənkənar prezident seçkilərinin keçirilməsi inandırıcı deyil. Bunun ən önəmli səbəbi seçkilərin 2023-cü ildə keçirilməsidir. Bir çoxu indiki məqamda AKP-nin seçkiyə getmək istədiyini desə də, əslində, belə deyil. Bu daha çox CHP və digər müxalifətin istəyidir.

CHP-nin nüfuzu artmaqdadır. AKP belə bir zamanda seçkiyə çətin ki, getsin. Digər tərəfdən konstitusiyada dəyişiklik olmadan seçkinin baş tutması, daha doğrusu, Əroğdanın yenidən prezident seçilməsi mümkün deyil.

CHP hazırda xüsusilə aktivdir. Bu aktivlik təkcə ölkə daxilində deyil, həm də xaricdə müşahidə edilir. Misal üçün Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəldi. Bundan başqa, CHP başqanı Özgür Özəl də Bakı ilə son zamanlar yaxınlaşıb.

AKP növbədənkənar seçkilərə hazırlıqsız getsə, CHP-yə və onun namizədinə məğlub ola bilər. Buna görə də AKP növbəti seçkiyə qədər hazırlıq görəcək, ya da konstitusiyanı dəyişdirməyə çalışacaq.

Türkiyədə növbədənkənar prezident seçkiləri qədər, bu seçkilərin ehtimal nəticəsinin Bakı-Ankara münasibətlərinə təsiri də diqqət çəkir. Qeyd etmək olar ki, Türkiyədə seçkilərin nəticəsi iki ölkə münasibətlərinə təsir etməyəcək. Məsələ ondadır ki, münasibətlər hansısa partiya ya da şəxsin üzərində deyil, çoxşaxəli sistem, habelə tarixi etnik bağlar əsasında qurulub. R.T.Ərdoğan və AKP dövrü münasibətlərin zirvə nöqtəsi olsa da, sonrasında münasibətlərin pozulacağını gözləmək sadəlövhlükdür.

Misal üçün, İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. Məlum olub ki, Türkiyə hökuməti Hersoqun Bakıya uçması üçün hava məkanından istifadəyə icazə verməyib. Suriya, İraq və İran üzərindən uçuşun təhlükəli olması da nəticə etibarilə planlaşdırılan səfərin ləğvinə səbəb olub.

Bu və bu kimi hallar belə iki ölkənin münasibətlərinə zərər vurmur. Tərəflər hər dəfə ortaq məxrəcə gələ bilir. Bu mənada sabah CHP ya da başqa bir partiya iqtidara gələrsə, Azərbaycan-Türkiyə münasibətləri pozulmayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri