Icma.az
close
up
RU
Türkiyədə təhsil alan bir qrup tələbənin diplomları niyə tanınmır? RƏSMİ AÇIQLAMA KONKRET

Türkiyədə təhsil alan bir qrup tələbənin diplomları niyə tanınmır? RƏSMİ AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Son zamanlar xaricdə distant təhsilə üstünlük verən ölkə gənclərinin sayı durmadan artır. Dünyanın nüfuzlu universitetlərində oxumaq üçün xaricə getməyə maddi imkanı çatmayan minlərlə gənc öz arzusunu məhz məsafədən reallaşdırır. Təəssüflər olsun ki, belə tələbələr sonradan müəyyən problemlərlə qarşılaşırlar ki, bunlardan ən əsası diplomlarının Azərbaycanda tanınmamasıdır.

KONKRET.az-ın redaksiyasına məktub ünvanlayan onlarla tələbə də məhz bu problemdən şikayətlənir.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əlyevaya, eləcə də digər aidiyyəti dövlət qurumlarına bununla bağlı müraciət edən gənclər Türkiyənin dövlət ali təhsil müəssisələrində onlayn qaydada təhsil aldıqlarını bildirirlər. Qardaş ölkənin “açıkoğretim” təhsil formasına uyğun gələn distant təhsilin avantajları haqda məlumat verən gənclər imtahanların onlayn qaydada deyil, fiziki olaraq götürüldüyünü deyirlər. Buna baxmayaraq, diplomalarının Azərbaycanda tanınmadığını, ona görə də magistr təhsili almaqda çətinlik çəkdiklərini və yiyələndikləri ixtisaslar üzrə iş tapa bilmədiklərini vurğulayırlar. Bu səbəbdən də ölkə başçısından bununla əlaqədar köməklik göstərilməsini və diplomların tanınmasına yaradılan maneələrin aradan qaldırılmasını xahiş edirlər.

Məsələ ilə bağlı diplomların tanınmasına cavabdehlik daşıyan Təhsildə Keyfiyyət Təminatı Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən, diplomların tanınması Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci bəndində əks olunmuş təhsilalma formaları arasında “açıköğretim” forması yer almır və Azərbaycan Respublikasında bu formada tədrisin təşkili ümumiyyətlə nəzərdə tutulmayıb. İnzibati icraat zamanı araşdırma əsasında məlum olub ki, Türkiyə Respublikasının “Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası”nın 3-cü maddəsinin “a” bəndinə əsasən “açıköğretim” təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür. Buna qarşılıq “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulub. Beləliklə, “açıköğretim” təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub. Nəticə etibarilə, bu forma Azərbaycan Respublikasında təhsilin təşkili və tədris prosesini tənzimləyən normalara əsasən müəyyən olunmuş zəruri elementləri özündə ehtiva etmir və ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.

Agentlikdən o da bildirilib ki, Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən, Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdəikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilib: “Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz. Yekun olaraq bildiririk ki, “açıköğretim” formasında tədrisin təşkili və bu formada tədrisin nəticəsində əldə olunmuş diplomların tanınması ilə bağlı yuxarıda qeyd olunmuş məsələlər həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının son dövrdə yekunlaşmış 23.10.2024-cü il tarixli 2-1(102)-2312/2024 saylı və 19.12.2024-cü il tarixli 2-1(102)-3140/2024 saylı işlər üzrə qərarlarında bir daha öz əksini tapıb”.

Beləliklə, müvafiq qurumun açıqlamasından da məlum olur ki, distant təhsil Azərbaycan qanunvericiliyində nəzərdə tutulmadığından indiki halda bu formada təhsil alan tələbələrin diplomlarının ölkəmizdə tanınması qeyri-mümkündür.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri