Türkiyədə xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanıldı
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Muğla vilayətində xaricə qaçmağa cəhd edən 9 "Fətullahçı" Terror Təşkilatı (FETÖ) şübhəlisindən 7-si həbs edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, onlar Sahil Mühafizəsi Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb. Marqarita pizza
Əməliyyat zamanı qayıqda 40 080 avro, 200 ABŞ dolları, 4 752 türk lirəsi və 3 saxta Belçika şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb, qayıq isə müsadirə edilib.
Muğla Baş Prokurorluğunun məlumatına görə, FETÖ üzvlüyü ilə bağlı barələrində araşdırma aparılan və işləri apellyasiya mərhələsində olan şəxslərin ölkədən qaçmağa hazırlaşdıqları müəyyən edilib.
"Qayıq saxlanıldıqdan sonra FETÖ-yə üzvlükdə şübhəli bilinən 9 nəfərdən 7-si də həbs edilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb", - məlumatda qeyd olunub./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 Sentyabr 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















