Icma.az
close
up
RU
Türkiyədə Zəfər Bayramının 103 cü ildönümü qeyd olunur

Türkiyədə Zəfər Bayramının 103 cü ildönümü qeyd olunur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 30 avqust, AZƏRTAC

Türkiyədə Zəfər Bayramının 103-cü ildönümü geniş qeyd olunur.

AZƏRTAC xəbər verir ki, milli bayramla əlaqədar qardaş ölkənin hər yerində çoxsaylı yürüş, görüş, konsert proqramı və digər tədbirlər təşkil edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkə rəhbərləri ənənəvi olaraq Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək, türk xalqının milli azadlıq mübarizəsinin bütün iştirakçılarının xatirəsini ehtiramla anacaqlar.

Prezident Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Ankaradakı Prezident sarayında Zəfər Bayramı münasibətilə təbrikləri qəbul edəcək.

Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında türk ordusunun 1922-ci il avqustun 26-da Dumlupınar döyüşü ilə başlayan hücumu dörd gün davam edib və müdaxiləçi qoşunların tam məğlubiyyəti ilə başa çatıb. Bu Zəfər türk xalqının milli-azadlıq mübarizəsində dönüş nöqtəsi oldu - xarici qüvvələr Türkiyə ərazisindən sıxışdırılıb çıxarıldı və tezliklə Cümhuriyyət elan edildi. Dumlupınar Zəfərindən sonra Mustafa Kamal Paşa qoşunlara yeni bir əmr verdi: “İlk hədəfiniz Aralıq dənizidir. İrəli!” Sentyabrın 9-da türk ordusu İzmiri azad etdi.

Zəfər Bayramı 1926-cı ildə Türkiyədə milli bayram kimi təsis edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri