Icma.az
close
up
RU
Türkiyədəki azərbaycanlı həkimlər İstanbulda həmrəy oldular FOTOLAR

Türkiyədəki azərbaycanlı həkimlər İstanbulda həmrəy oldular FOTOLAR

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə İstanbulda mədəni-bədii tədbir təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbulun Bağlarbaşı Mədəniyyət Mərkəzində təşkil olunan teatr tamaşası həm Azərbaycan diasporunun birliyini və həmrəyliyini gücləndirib, həm də Türkiyə-Azərbaycan mədəni əməkdaşlığına güclü töhfə verib.

Dərnəyin prezidenti Dr.Vüqar Cəfərin rəhbərlik etdiyi təşkilat Türkiyənin müxtəlif şəhərlərindən olan azərbaycanlı həkimləri bir dam altında toplayıb. Tədbir sadəcə bir bədii fəaliyyət olmaqla yanaşı, ortaq tarix, mədəniyyət və milli kimliyin yenidən və güclü şəkildə hiss olunduğu bir toplantı rolunu oynayıb.

Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bir millət kimi dərk edilməsini, onların qarşılıqlı həmrəyliyini, mədəni əlaqələrini rəmzi olan xüsusi gündür. Bu gündə təşkil edilən teatr tamaşası bu ruhu səhnəyə gətirib, tamaşaçılara həm emosional, həm də intellektual təcrübə təqdim edib.

Səhnədə əks olunan povest Azərbaycan xalqının tarixi yaddaşına, mədəni dəyərlərinə, müştərək taleyinə güclü estetik dillə müraciət edərək tamaşaçıların böyük marağına səbəb olub. Proqram boyu iştirakçılar sənətin birləşdirici gücü ətrafında bir araya gəliblər. 

Tədbirin ən mühüm nailiyyətlərindən biri də Türkiyədə çalışan azərbaycanlı həkimlər arasında peşəkar və insani əlaqələrin möhkəmlənməsi olub. Bir araya gələn həkimlər sıx peşəkar iş qrafiklərinə baxmayaraq, bu təşkilat sayəsində görüşmək, ünsiyyət qurmaq, birgə layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi təkcə səhiyyə sahəsində deyil, həm də mədəni, sosial və ictimai həmrəylik sahələrində fəal rol oynamağı əsas məqsədlərindən biri kimi görür. Bu teatr tədbiri bu baxışın konkret əksi idi.

Bağlarbaşı Mədəniyyət Mərkəzində keçirilən tədbir həm də “iki dövlət, bir millət” anlayışının mədəniyyət sahəsində güclü əksi kimi qiymətləndirilib. Tədbir Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə, eləcə də türk və Azərbaycan xalqları arasında tarixi qardaşlığın sənət vasitəsilə möhkəmlənməsinə töhfə verib.

İştirakçılar bu cür tədbirlərin təkcə diaspor üçün deyil, həm də türk cəmiyyəti ilə mədəni əlaqələrin artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirdən sonra çıxışında Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin prezidenti Dr. Vüqar Cəfər bildirib ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizim üçün sadəcə bir tarix deyil, həmrəyliyimiz və gələcək üçün məsuliyyət rəmzidir: 

“Bu teatrlaşdırılmış tədbirlə azərbaycanlı həkimləri Türkiyədə bir araya gətirməyi, əlaqələrimizi gücləndirməyi, Türkiyə-Azərbaycan mədəni əməkdaşlığına töhfə verməyi qarşımıza məqsəd qoyduq. Belə təşkilatların davamını və artırılmasını hədəfləyirik".

Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi qarşıdakı dövrdə mədəniyyət, incəsənət, elm, səhiyyə sahələrində oxşar tədbirlər keçirməklə diaspor daxilində həmrəyliyi artırmağı və iki qardaş ölkə arasında əlaqələri daha da gücləndirməyi planlaşdırır.

Bağlarbaşı Mədəniyyət Mərkəzində təşkil olunan bu teatr tamaşası Türkiyədə Azərbaycan diasporunun nə qədər mütəşəkkil, şüurlu və dəyərli olduğunu bir daha nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri