Icma.az
close
up
RU
Azərbaycanın Türkiyədəki səfiri İstanbulda media nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın Türkiyədəki səfiri İstanbulda media nümayəndələri ilə GÖRÜŞDÜ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İstanbulda Türkiyə və Azərbaycanın bu ölkədəki aparıcı media qurumlarının rəhbərləri və nümayəndələri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) rəhbəri, professor Aygün Attarın təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində reallaşıb.

"Ayrılarmı könül candan” mövzusunda xüsusi səhər yeməyi masası ətrafında təşkil edilən proqramda iki qardaş ölkə arasındakı münasibətlər və gündəmdə olan mövzular müzakirə olunub.

Görüş iştirakçıları ilə fikirlərini bölüşən professor Aygün Attar vəqfin yaradılma məqsədi, əsas prinsipləri və Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

O, həmçinin vəqfin bu günə qədər həyata keçirdiyi mühüm layihə və təşəbbüslər barədə məlumat verib.

Bildirilib ki, son 5 ildə Türkiyənin və Azərbaycanın milli mətbuatında, o cümlədən televiziya kanallarında geniş əks-səda doğuran, beynəlxalq səviyyədə 135-dən çox tədbir həyata keçirən vəqf bu günə qədər təxminən 29 min iştirakçını qəbul edib, Türk dünyası televiziya kanallarında beş il ərzində 400 saatdan artıq televiziya proqramı və sənədli filmin yayımlanmasına nail olub.

Qeyd edilib ki, vəqfin nəzdində TADİV Strateji Araşdırmalar Mərkəzi, Şuşa Konqres Mərkəzi və Mədəniyyət Evi fəaliyyət göstərir.

Aygün Attar çıxışında Azərbaycan-Türkiyə birlik və qardaşlığının tarixi, iki ölkə arasındakı əlaqələrin keçmişi və bu münasibətlərin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatmasına geniş yer verib.

Sonra səfir Rəşad Məmmədov media qurumlarının təmsilçilərinin suallarını cavablandırıb.

Səmimi şəraitdə keçən görüşdə səfir iştirakçılara Zəngəzur dəhlizi, bu yolun bölgəmiz, eləcə də dünya üçün əhəmiyyəti və təhlükəsizliyi, Qarabağ Zəfərindən sonra bölgədə yaranan vəziyyət, sülh sazişinə gedən yol, bu razılaşmanın yaratdığı perspektivlər, Azərbaycanın regionda dayanıqlı sülhün təmini yolunda atdığı addımlar, Vətən müharibəsi dövründə Türkiyə dövləti və xalqının ölkəmizə verdiyi siyasi və mənəvi dəstək barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Dekabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri