Türkiyədən 5 ölkədə əməliyyat: Eyni şəbəkənin yüzlərlə üzvü tutuldu
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beş ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə genişmiqyaslı əməliyyat nəticəsində əksəriyyəti Türkiyədə olmaqla 200-dən çox adam həbs edilib.
“Cebheinfo.az” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Yerlikaya mətbuat konfransında “Bu gün səhər saatlarında mütəşəkkil cinayətkar qrupun 9-u xaricdə, 225-i isə vətənində olmaqla ümumilikdə 234 yüksək rütbəli üzvü saxlanılıb”,-deyib.Onun sözlərinə görə, reydlər eyni vaxtda Hollandiya, Almaniya, İspaniya, Belçika və Türkiyədə həyata keçirilib. Əməliyyatdan əvvəl rəsmilər Fransa və İngiltərə də daxil olmaqla bir sıra ölkələrlə sənədləri paylaşıblar.
Türkiyəli nazirin sözlərinə görə, 21,2 tona yaxın narkotik vasitə müsadirə edilib."Biz beynəlxalq miqyasda nəhəng bir strukturla qarşı-qarşıyayıq",- deyən nazir şəbəkə üzvlərinin narkotiklərin qanunsuz dövriyyəsindən tutmuş “çirkli pullar”ın yuyulmasına qədər müxtəlif cinayətlərdə ittiham olunduğunu bildirib.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 15 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















