Türkiyədən həyəcanlı STATİSTİKA: Siqaret satışı tarixi rekorda çatdı
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu kişilər arasında tütün istehlakının yüksək səviyyəsinə və daxili bazarda siqaret satışının rekord həddə çatmasına istinad edərək, Türkiyənin dünyada siqaret çəkmə səviyyəsinə görə ikinci yerdə olduğunu bildirib.
Oxu.Az bu barədə "Turkish Minute"a istinadla xəbər verir.
Səhiyyə nazirinin açıqlamasına görə, Türkiyədə kişilərin 46%-i siqaret çəkir və ölkə bu göstəriciyə görə yalnız İndoneziyadan geri qalır.
O bu məlumatın mənbəyini göstərməyib və müqayisənin gündəlik siqaret çəkməyə, siqaret istifadəsinə, ümumilikdə tütün istehlakına, yoxsa siqaret satışına aid olduğunu izah etməyib.
Memişoğlu həmçinin bildirib ki, 2025-ci ildə Türkiyədə 8 milyard qutu siqaret satılıb və satış həcmi adambaşına 117 qutuya uyğun gəlib.
Memişoğlu siqaret çəkməyi Türkiyədə ictimai sağlamlığın ən ciddi problemlərindən biri kimi xarakterizə edib.
"Biz deyirik ki, bizim başımıza heç nə gəlməyəcək, amma bu, belə deyil. Sonra isə buna görə peşman oluruq", - deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyədə ölümlərin 34,7%-i qan dövranı sistemi xəstəliklərinin, daha 16%-i isə şişlərin payına düşür.
Nazir əlavə edib ki, qan dövranı sistemi xəstəliklərindən ölüm hallarının 42%-i ürəyin işemik xəstəliyinin payına düşür. O həmçinin tənəffüs yolları xəstəlikləri, ağciyər və qırtlaq xərçəngindən ölüm hallarına diqqət çəkib.
"Siqaret çəkmək, kifayət qədər fiziki aktivliyin olmaması və artıq çəki ölkəmizdə bütün ölümlərin 50%-dən çoxunun payına düşən xəstəliklərin əsas səbəbləridir", - deyə o bildirib.
1996-cı ildə Türkiyə siqaretlə mübarizə çərçivəsində müəyyən ictimai yerlərdə siqaret çəkməyi, eləcə də tütün məmulatlarının reklamını və təşviqini məhdudlaşdıran ilk böyük qanununu qəbul edib.
2004-cü ildə ölkə ÜST-nin Tütünə qarşı Mübarizə haqqında Çərçivə Konvensiyasını ratifikasiya edib, 2008 və 2009-cu illərdə isə məhdudiyyətləri genişləndirərək onları qapalı iş yerlərinə, restoranlara, kafelərə, barlara və digər qapalı ictimai məkanlara şamil edib.
Bu və digər tədbirlərə, həmçinin təxminən 2010 və 2011-ci illərdə qeydə alınan satış azalmasına baxmayaraq, ölkədə qanuni siqaret satışı son onillikdə kəskin şəkildə artıb və 2025-ci ildə müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Avqust 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















