Türkiyədən raket hücumu ilə bağlı açıqlama: Cavab veriləcək…
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Qurumlarımız prosesi tam koordinasiyalı şəraitdə izləyib. Ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək istiqamətində iradə və imkanlarımız ən yüksək səviyyədədir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsi üçün zəruri olan bütün addımlar tərəddüdsüz atılacaq.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran İrandan Türkiyəyə ballistik raketin atılması ilə bağlı deyib.
“Qarşılaşa bilinəcək düşməncəsinə atılmış addımlara beynəlxalq hüquq çərçivəsində lazımi cavab veriləcək. Bu prosesdə NATO və müttəfiqlərimizlə məsləhətləşmə və əməkdaşlıq davam etdiriləcək.
Bütün tərəflərə regionda gərginliyi artıra və münaqişələrin daha geniş əraziyə yayılmasına səbəb ola biləcək addımlardan çəkinmələri ilə bağlı xəbərdarlığımızı bir daha təkrarlayırıq. Tərəflərin məsuliyyətli davranması böyük əhəmiyyət daşıyır”, - Duran bildirib.
Baxış sayı:155
Bu xəbər 04 Mart 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















