Icma.az
close
up
RU
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki...

Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki...

Icma.az bildirir, Sitat.info portalına istinadən.

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır.  Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib. 

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq". Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: "Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq".

Uraloğlunun açıqlamasını Sitat.info üçün təhlil edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyənin zaman-zaman Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar səsləndirməsi bir siyasi mesajdır: "Bu Zəngəzur dəhlizinin Türkiyənin prioritetləri sırasında  olduğunu göstərir. Türkiyəli nazirlər bununla bildirmək istəyirlər ki, Zəngəzur dəhlizi bizim üçün aktuallığını itirməyib. Eyni zamanda bir çox beynəlxalq aktorların da marağındadır. Çünki Zəngəzur dəhlizi regional deyil, qlobal bir layihədir. Təbii ki, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında gedən dialoqlarda, bəzi üçtərəfli formatda aparılan müzakirələrdə Zəngəzur dəhlizinin dəhlizi də gündəmdədir. Bu dəhlizin alternativi isə İrandan keçən Araz dəhlizidir. İran Zəngəzur dəhlizini istəmir ki, Araz dəhlizi işə düşsün və bütün layihələr İrandan keçsin. İranda hazırki iqtidarın Azərbaycanla bağlı siyasəti kifayət qədər adekvat olsa da, Zəngəzur dəhlizindən danışmırlar. Bunun səbəbi də aydındır". 

K.Novruzovun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətləri üçün də dəhlizin açılması mühüm şərtdir: "Azərbaycanla Ermənistan arasında normallaşma prosesində ciddi addımlar atılır, müsbət dinamika müşahidə olunur, bu həm də Zəngəzur dəhlizi məsələsinə aiddir. Türkiyənin Ermənistan qarşısında qoyduğu əsas şərtlərdən biri məhz Zəngəzur dəhlizinin açılması olacaq. Bəlkə də pərdə arxasında Ermənistanın qarşısında belə bir ev tapşırığı qoyulub. Ermənistana  bildirilib ki, dəhlizi açmaqla həm münasibətlərin normallaşmasına, həm də iqtisadiyyatının inkişafına  və təhlükəsizliyinin təminatına  tövhə verə bilər. Düzdür artıq iki ölkə arasında  müəyyən yaxınlaşma var, ancaq bunun daha da inkişafı üçün dəhlizin açılması şərtdir. Uraloğlunun son açıqlaması da bu kontekstdən dəyərləndirilməlidir". 

Aytac,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sitat.info
archiveBu xəbər 25 İyul 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri