Icma.az
close
up
RU
Türkiyədən Zəngəzur açıqlaması: “Maneələr aradan qalxır”

Türkiyədən Zəngəzur açıqlaması: “Maneələr aradan qalxır”

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında əla siyasi münasibətlər var.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə-Azərbaycan-Özbəkistan Üçtərəfli Biznes Forumundakı çıxışında Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

Bolat bu əlaqələrin iqtisadiyyat, ticarət, turizm, investisiyalar və inşaat sahələrində çox yaxşı səviyyəyə çatdığını vurğulayıb: “Ötən il Azərbaycanla ikitərəfli ticarətimiz 8 milyard dollara, qardaş Özbəkistanla ticarət dövriyyəmiz isə 3.3 milyard dollara çatıb.

Nazir bildirib ki, 2003-cü ildən bu yana Türkiyənin Özbəkistana ixracı 15, Azərbaycana isə 9 dəfə artıb. Eyni dövrdə Azərbaycandan Türkiyəyə idxalın 40 dəfə, Özbəkistandan isə 10 dəfə artdığını söyləyən Bolat Türkiyənin iki ölkə ilə güzəştli ticarət müqavilələri bağladığını və bu anlaşmaların genişləndirilməsi üçün danışıqların davam etdiyini vurğulayıb.

Türkiyənin halal məhsulların inkişafı və halal standartlarının artırılması üçün Azərbaycan və Özbəkistanla qarşılıqlı əməkdaşlıq proqramları həyata keçirdiyinə diqqət çəkən Bolat çıxışına belə davam edib:

“Türkiyə ilə Azərbaycan arasında 37 milyard, Özbəkistanla isə 4.4 milyard dollarlıq qarşılıqlı investisiyalar da var. Həmçinin enerji, elektronika, mədənçıxarma, kənd təsərrüfatı, səhiyyə, İT və tikinti sektorlarında da özəl sektor investisiyalarını daha da artırmaq üçün səylərimizi gücləndiririk”.

Bolat çıxışında Türkiyənin işğaldan azad edilən Qarabağın yenidən qurulmasındakı fəaliyyətlərinə də diqqət çəkib.

Zəngəzur dəhlizi layihəsi çərçivəsində investisiyaların sürətlə tamamlanmaq üzrə olduğunu vurğulayan Bolat bunları qeyd etdi:

“Uzaq Şərqi Avropaya birləşdirən Orta dəhlizlə Türkiyənin nəqliyyat sahəsində türk dünyası ilə yaxınlaşması, investisiya və ticarəti asanlaşdırması mümkün olacaq. Hökumətlər olaraq maneələri aradan qaldırırıq. Həmçinin özəl sektordan daha çox investisiya, ticarət və xidmətlər gözləyirik. Ümid edirəm ki, Türkiyə, Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq əbədi qalacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 29 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri