Icma.az
close
up
RU
Türkiyəli ekspert: Ermənistan regionda etimad mühiti yaradılması addımından uzaqdır

Türkiyəli ekspert: Ermənistan regionda etimad mühiti yaradılması addımından uzaqdır

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 13 may, AZƏRTAC

Regiondankənar aktorların Cənubi Qafqazda proseslərə və dövlətlərarası dialoqa müdaxiləsinin qarşısının alınması bütün region ölkələrinin, o cümlədən Ermənistanın maraqlarına uyğundur.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın ifadə edib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında vasitəçilərsiz ikitərəfli dialoqun real irəliləyişə, daha doğrusu, sülh sazişinin bəndləri üzrə razılaşmaya gətirib çıxarması göstərir ki, Ermənistan təxribat xarakterli bəyanatlara, o cümlədən regiondankənar aktorlardan irəli gələn ritorikaya məhəl qoymamaq şərti ilə qonşu dövlətlərlə dialoqu inkişaf etdirməyə qadirdir.

Ekspert qeyd edib ki, indiki mərhələdə regionun İrəvan tərəfindən sülh, sabitlik və inkişaf istiqamətində atılacaq konkret addımlara ehtiyacı var.

AVİM analitikinin fikrincə, Azərbaycanın Ermənistan Konstitusiyasının hazırkı redaksiyasına dəyişiklik edilməsi, o cümlədən Naxçıvanla respublikanın qərb rayonları arasında kommunikasiyanın açılması ilə bağlı tələbləri tam haqlıdır və beynəlxalq hüququn tələblərini əks etdirir.

S. E. Yalçın diqqətə çatdırıb ki, bəzi Qərb dairələri və erməni diasporu Ermənistanla qonşu dövlətlər arasında münasibətlərin normallaşmasının əleyhinədir. “Bu, Türkiyədə ermənilər arasında düşmənçiliyin qızışdırılmasına yönəlmiş aktiv anti-Türkiyə təbliğatı ilə bağlıdır. Eyni zamanda, Ermənistan hakimiyyəti də regionda etimad mühiti yaratmağa yönəlmiş addımlar atmaqdan uzaqdır”, -deyən AVİM eksperti qeyd edib ki, İrəvandan fərqli olaraq, Ankaranın regionda dialoqun təşviqi ilə bağlı mövqeyi səmimidir.

Analitik daha sonra qeyd edib ki, regionda münasibətlərin normallaşması və mehriban qonşuluq əlaqələrinin qurulması ilə erməni diasporu dünyada siyasi və maliyyə dəstəyini itirəcək və deməli, radikal təşkilatların mənafelərinə uyğun olacaq məkrli oyunlara böyük ölçüdə son qoyulacaq.

Ekspert Qərb mətbuatında Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqliyi ləkələməyə çalışan qərəzli materiallara da diqqət çəkib.

AVİM analitiki region ölkələri arasında açıq və birbaşa dialoqu Cənubi Qafqazda sülhün və rifahın açarı adlandırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri