Icma.az
close
up
RU
Türkiyəli ekspert: Regionda yeni güc mərkəzinin yaradılması zərurətə çevrilib

Türkiyəli ekspert: Regionda yeni güc mərkəzinin yaradılması zərurətə çevrilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 fevral, AZƏRTAC

Bakıda “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi Cənubi Qafqaz, Mərkəzi Asiya və Türkiyə üçün əhəmiyyətli tədbirdir. Konfransda səslənən təkliflər və irəli sürülən siyasi xarakterli layihələr gələcəyə hesablanmış geosiyasi proseslərin tənzimlənməsinə təkan verəcək. Mərkəzi Asiyanın Cənubi Qafqaz ilə, Azərbaycanın isə Türkiyə ilə bağlantısının olması yeni güc mərkəzinin formalaşması faktını ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Haber 365” media qrupunun rəhbəri, siyasi ekspert Yakub Aslan deyib.

Onun sözlərinə görə, hazırda dünyada güc amili bütün dəyərlərdən və beynəlxalq hüquqdan daha üstün tutulur.

“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması buna bariz nümunədir. Haqlı olan Azərbaycan beynəlxalq hüquqa istinad etdikcə əraziləri işğal altında qaldı. Lakin gücünü toplayıb ərazisini işğaldan azad etdikdə, heç bir beynəlxalq təşkilat bunun əleyhinə çıxmadı. Çünki Azərbaycan, ilk növbədə, güclü, sonra isə haqlı idi. Belə bir geosiyasi proseslər fonunda yalnız müttəfiqlik və qarşılıqlı faydalı əməkdaşlıqla dünya siyasətində söz sahibi olmaq və suverenliyi qoruyub müstəqil siyasət yürütmək olar. Mərkəzi Asiya 80 milyon əhalisi ilə Almaniyanın ərazisindən 11 dəfə böyükdür. Regionda neft və qaz ilə yanaşı mis, volfram, qızıl, alı kimi nadir yer mineralları var. Təkcə Qazaxıstanda 19 faydalı qazıntı mənbələri var ki, bun gün dünya sənayesində həmin ehtiyatlara böyük ehtiyac var. Azərbaycan Mərkəzi Asiya üçün tranzit ölkə Türkiyə isə Avropaya çıxış təmin edən dövlət kimi böyük birliyin formalaşması üçün əsasdır”, - deyə Yakub Aslan vurğulayıb.

Siyasi ekspert əlavə edib ki, yeni birliyin yaranması ABŞ və Avropa İttifaqı tərəfindən də dəstəklənir: “ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri və Zəngəzur dəhlizinə dəstək Orta Dəhlizə də dəstək deməkdir. Bu gün yaranmış imkanlardan səmərəli istifadə edib bu birliyi yaratmaq lazımdır. Azərbaycan hər dəfə yeni təşəbbüslərlə çıxış edərək birliyə, sülhə və əməkdaşlığa can atır. Bu təşəbbüslər dəstəklənərək nəzərdə tutulan enerji və nəqliyyat layihələri tam olaraq həyata keçirilsə, birliyin yarandığını müşahidə edə bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Fevral 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri