Icma.az
close
up
RU
Türkiyəli ekspert: Region ölkələri Zəngəzur dəhlizinin açılması fürsətini əldən verməməlidir

Türkiyəli ekspert: Region ölkələri Zəngəzur dəhlizinin açılması fürsətini əldən verməməlidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 26 aprel, AZƏRTAC

Zəngəzur dəhlizi təkcə Azərbaycan və ya Türkiyə üçün deyil, bütövlükdə region üçün vacibdir. Bu gün belə mühüm təşəbbüsün həyata keçirilməsi üçün “qızıl imkan” yaranıb ki, bu, şübhəsiz, regionumuzda həm uzunmüddətli sülhün, həm də inkişafın təmin edilməsinə mühüm töhfə olacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında Ankarada OSTİM Texniki Universitetində “Müstəmləkə cinayətləri” mövzusunda keçirilən konfransın panel iclaslarından birində vasitəçi qismində çıxış edən Ankaranın Medipol Universitetinin Siyasi elmlər fakültəsinin professoru Qüdrət Bülbül deyib.

Onun sözlərinə görə, nəqliyyat-logistika infrastrukturunun əhəmiyyətindən təkcə dövlət rəsmiləri deyil, ictimaiyyət nümayəndələri, alimlər də danışmalıdırlar.

Q.Bülbül Zəngəzur dəhlizinin gec-tez reallaşacağına əminliyini ifadə edib. “Bütün ölkələr artıq bu gün yeni marşrut amili nəzərə alınmaqla öz siyasətlərini formalaşdırmalıdırlar, çünki Zəngəzur dəhlizinin işləməsinin müsbət təsirini hər yerdə hiss edəcəklər”, - deyən türkiyəli alim vurğulayıb ki, “bölgə üçün belə mühüm şansı əldən vermək olmaz”.

“Otuz il ərzində biz Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdırırdıq və bu gün də gəlib çatdı. Əminəm ki, Zəngəzur dəhlizinin açılışına da eyni ümidlə yanaşmaq və hədəfə nail olmaq lazımdır”, - deyə Ankara Universitetinin müəllimi qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see531

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see160

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see134

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see125

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see125

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see125

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri