Türkiyəli iş adamı “Fənərbağça” prezidentliyinə namizədliyini açıqlayıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 iyun, AZƏRTAC
Türkiyəli iş adamı Sadəttin Saran “Fənərbağça”nın prezidenti vəzifəsinə namizədliyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 61 yaşlı funksioner komandanın tezliklə çempionluqlar əldə etməsi üçün keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini söyləyib.
“Fənərbağça” təkcə basketbolda deyil, digər idman növlərində də qazandığı uğurları ilə dünyanın ən böyük idman klublarından biridir. Bu səbəbdən futbol komandamızın da hər zaman zirvədə olması vacibdir. Dostlarımızla birlikdə bu böyük məsuliyyəti üzərimizə götürməyə hazırıq. Heç bir azarkeşimizin bu məsələ ilə bağlı ən kiçik tərəddüdü olmasın”, - deyə Sadəttin Saran bildirib.
Qeyd edək ki, hazırda “Fənərbağça”nın prezidenti Ali Koçdur. Seçkilər bu ilin sentyabr ayında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 30 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















