Türkiyəli məşhur aktrisa barəsində həbs qərarı: KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbul Baş Prokurorluğu narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 32 yaşlı tanınmış aktrisa və model Hande Erçelin həbsi barədə order verib. “Sabah” qəzetinin yaydığı məlumata görə, aktrisa hazırda xaricdə olduğu üçün hələlik onu saxlamaq mümkün olmayıb.
KONKRET.az xəbər verir ki, əməliyyat çərçivəsində ümumilikdə 15 nəfər barəsində həbs qərarı çıxarılıb ki, onlardan 14-ü artıq saxlanılıb. Təqsirləndirilən şəxslərə qarşı narkotik vasitələrin istehsalı və qanunsuz dövriyyəsi, narkotikdən istifadə üçün şəraitin və materialların təmin edilməsi, habelə fahişəliğe təşviq kimi ağır ittihamlar irəli sürülüb.
Məsələ ilə bağlı açıqlama verən Hande Erçel Türkiyəyə qayıtdıqdan sonra istintaqa ifadə verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, eyni istintaq çərçivəsində daha əvvəl “Beşiktaş” klubunun sabiq prezidenti Fikrət Orman və “Qalatasaray”ın keçmiş rəhbəri Burak Elmas da saxlanılmışdı.
Natiq Səlim,
KONKRET.az
Baxış sayı:72
Bu xəbər 25 Mart 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















