Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır
Adalet.az "Report"a istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O, 224 kilometrlik Qars-Iğdır-Aralıq-Dilucu yüksəkstandartlı dəmir yolu layihəsinin tenderinin keçirildiyini qeyd edərək gələn ilin ilk aylarında onun icrasına başlayacaqlarına ehtimal edib:
"Məsələn, Beynəlxalq Yol Federasiyasının Dünya Konqresini İstanbulda təşkil etmişdik. Ermənistanın nəqliyyat naziri gəldi, onunla da danışmışdıq. Onların bu marşrutun öz ölkələrindən keçməsi məsələsində istək və iradələrinin olduğunu söyləmək istəyirəm. Bu məsələdə Azərbaycanın nə dediyini bizim üçün qiymətlidir. Biz də ona görə mövqe tutarıq. Digər tərəfdən, layihə üzrə işlərin sürətlə irəlilədiyini deyə bilərik".
Nazir, həmçinin söyləyib ki, Türkiyə dəhliz vasitəsilə Azərbaycan və Türk dünyası ilə birbaşa əlaqəni təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















