Icma.az
close
up
RU
Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə gedən Zəngəzur dəhlizinin qarşısını almağa çalışır

Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə gedən Zəngəzur dəhlizinin qarşısını almağa çalışır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistan baş naziri Nikol Paşinyanın təqdim etdiyi “sülh kəsişməsi” Zəngəzur dəhlizinə alternativdir. Çünki Zəngəzur dəhlizinin qarşısını almaq istəyirlər. “Sülh kəsişməsi” Azərbaycanın maraqlarına ziddir. Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə gedən yolun, dəhlizin qarşısını almaq üçün əlindən gələni edir. Zəngəzurda olan təhlükənin tam qarşısını almaq və dövlətini sığortalamaq üçün çalışır”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ partiya” başqan müavini Əhəd Məmmədli danışıb. Siyasi şərhçi qeyd edib ki, bu məsələdə Ermənistanın iqtisadi maraqları da var və Ermənistan bu ərazidən pay götürmək niyyətindədir.

Əhəd Məmmədli

“Eyni zamanda bir güllə ilə iki dovşan vurmaq istəyir. Həm də Zəngəzur dəhlizi məsələsini birdəfəlik arxivə atmaq istəyir və buna qətiyyən yol vermək olmaz. Ümumiyyətlə, biz Zəngəzur məsələsində çox dirənişli olmalıyıq. Müasir dünya dirənişli olmağı tələb edir. Rusiya Ukraynaya hücum eləməkdə davam edir. Təzyiqlər, sanksiyalar və Rusiyanın ərazisinə hücumlar olmasına baxmayaraq Rusiya dirənişlidir və Ukraynada irəliləməkdə davam edir. İsrail maksimum dirəniş göstərir. Müqavimət göstərmək, irəliləmək lazımdır. Biz Qarabağı azad etdik. Beynəlxalq hüquq var. Deyirik ki, “sülh müqaviləsi imzalayaq”. Biz bunu edə bilərik. 15-20 il sonra, Ermənistan özünə gələndən sonra, növbəti iqtidar olandan sonra bunlar yenə ərazi iddiaları, revanşizm və s. bizim üstümüzə gələcəklər. Biz Ermənistanı elə bir vəziyyətə salmalıyıq ki, Ermənistan bir də bunu ağlına belə gətirməsin”-deyə politoloq vurğulayıb.

“Biz Zəngəzuru tarixi torpağımız, özümüzü də Cümhuriyyətin varisi adlandırırıq. Cümhuriyyətin ərazisi indiki ərazimizlə eyni deyil. Krım məsələsinə nəzər salaq. Ruslar deyir ki, Rusiyada 50 il bundan qabaq Xuruşov Krımı Ukraynaya verib, biz özümüzə qaytarmalıyıq. Onlar bu iddianı ortaya qoya bilir. Bəs biz? Amma 100 il bundan qabaq Nərimanovun Zəngəzuru ermənilərə verməsinə göz yumuruq? Təbii ki, Nərimanov bunu Moskvanın diqqətsi ilə edib. Amma biz buna niyə göz yummamalıyıq? Biz də Zəngəzur iddiasını ortaya qoymalı və üstünə getməiyik”-deyə Əhəd Məmmədli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyun 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see156

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see149

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see137

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see135

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see133

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see132

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see132

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see131

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see131

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see129

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see129

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see126

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see124

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see124

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri