Türkiyəli nazir Zəngəzur dəhlizinin açılmasından danışdı
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ankara Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün ondan asılı olan tədbirləri tam şəkildə yerinə yetirir".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.
O, Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər dəmir yolu xəttinin tikintisinə başlandığını xatırladıb. “Bu gün biz Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid dəmir yolu şəbəkəsi yaratmaq məqsədi ilə qətiyyətlə irəliləyirik”, - deyə türkiyəli nazir qeyd edib.
Nazir bildirib ki, Naxçıvanda təxminən 80 km mövcud xətlərdə modernləşdirmə işləri başa çatıb və 15-20 km yeni yolun tikintisi plana uyğun olaraq davam edir:
"Zəngəzur dəhlizinin Ermənistanın cənubundan keçəcək 42-43 km-lik hissəsində yol tikintisinə gəlincə, hələlik işlər başlamayıb. Azərbaycanın hesablamalarına görə, əgər bu il Ermənistan ərazisində tikinti işlərinə başlanılarsa, bütün Zəngəzur dəhlizi beş il ərzində tamamlana bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 22 Mart 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















