Icma.az
close
up
RU
Türkiyəli nümayəndə: Müstəmləkəçiliyin qalıqları bu gün də akademik yanaşmalarda müşahidə edilir

Türkiyəli nümayəndə: Müstəmləkəçiliyin qalıqları bu gün də akademik yanaşmalarda müşahidə edilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Dekolonizasiya mövzusu yalnız keçmişin araşdırılması deyil, həm də müasir elmi, mədəni sahələrdəki mövcud nüfuz və perspektivlərin təhlilini tələb edən mürəkkəb bir prosesdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetinin türkiyəli dosenti Murat Özkaleli “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, kameranın mövqeyi yalnız vizual montaj deyil, həm də kino nəzəriyyəsində “importaj” adlandırılan konsepsiyanı müəyyən edir: “Bu baxış bucağı yuxarıdan, aşağıdan, uzaqdan və yaxından olmaqla baxılan görüntünü tamamilə dəyişir. Eyni zamanda, qarşılaşdığımız dekolonizasiya probleminin də əsası belədir. Elmin özündə mövcud olan paradoks – akademik işlərdə obyektiv üçüncü şəxs mövqeyi və qərəzsiz təsvir kimi qəbul edilən anlayışların yenidən dəyərləndirilməsini tələb edir. Müəllifin səsi oxucuya nəyi bilməli olduğunu diktə edir, lakin bu, əslində, oxucunun şüurunda avtomatik təsir yaradır”.

M.Özkaleli çıxışında, həmçinin qeyd edib ki, dekolonizasiya prosesi yalnız siyasi və coğrafi azadlıqla yekunlaşmır: “Bu, mədəniyyət, dillər, bilik istehsalı və təmsiletmə sahələrində kök salmış struktur üstünlüklərin və hegemon narrativlərin ifşasını və transformasiyasını zəruri edir”.

Türkiyəli dosentin fikrincə, müstəmləkəçiliyin qalıqları bu gün də bir çox akademik yanaşmalarda, nəzəri çərçivələrdə və hətta təhsil proqramlarında sezilir: “Bu baxımdan, “obyektivlik” kimi təqdim edilən elmi dəyərlər də sorğulanmalıdır, çünki bu obyektivlik çox zaman Qərb epistemologiyalarının hegemon mövqeyindən formalaşıb. Dekolonizasiya həm də epistemoloji çevriliş tələb edir, yəni biliklərin necə və kim tərəfindən istehsal edildiyi məsələsi təməl şəkildə araşdırılmalıdır. Beləliklə, dekolonizasiya yalnız siyasi diskurs deyil, eyni zamanda, biliklərin yenidən qurulması, müxtəlif perspektivlərin legitimləşdirilməsi və postkolonial dünyada daha ədalətli elmi və mədəni ünsiyyətin qurulması üçün mühüm bir çağırışdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri