Türkiyəli professor tanınmaz halda FOTO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin ən tanınmış alimlərindən biri olan professor Dr. Cəlal Şengörün bu yaxınlarda yaşadığı fiziki dəyişiklik diqqəti cəlb edib.
Milli.Az xəbər verir ki, bu əlamətdar arıqlamanın arxasındakı sirr Fatih Altaylının proqramında açıqlanıb.
Məşhur geoloq ilk dəfə olaraq bu əhəmiyyətli dəyişikliyin dərmanlara borclu olduğunu etiraf edib.
Yaxın dostu Şengörün verilişində daha formada göründüyünü görən Fatih Altaylı onu yumoristik şəkildə ələ salmaqdan özünü saxlaya bilməyib. Altaylı "Xarizmanın 50%-ni itirdiyini bilirsən, elə deyilmi? Artıq o kiloları itirdiyin üçün arıq bir alim oldun" deyərək studiyada təbəssüm yaradıb.
Proqram zamanı Altaylı "Neçə kilo arıqladınız?" deyə soruşduqda, Şengör uğurunu "Düz 50 kilo arıqladım" deyərək bölüşdü. Bu prosesin son zamanlar populyarlaşan arıqlama dərmanları sayəsində baş verdiyi ortaya çıxıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 01 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















