Icma.az
close
up
RU
Türkiyəli professor: Zəngəzur dəhlizi üzərindən ticarət Azərbaycan və Türkiyəni qlobal məkanda ön plana çıxaracaq

Türkiyəli professor: Zəngəzur dəhlizi üzərindən ticarət Azərbaycan və Türkiyəni qlobal məkanda ön plana çıxaracaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Bu gün ABŞ-da Prezident Donald Tramp Mərkəzi Asiya respublikalarının prezidentləri ilə C5+1 formatında görüşəcək. D.Tramp prezident seçildikdən sonra olduqca fəal xarici siyasət yürütməyə başlayıb. O özünün seçkiqabağı təbliğat kampaniyası zamanı verdiyi sözləri yerinə yetirərək ABŞ-ın dünyadakı nüfuzunu artırmaq və geosiyasi mübarizədə ölkəsinin maraqların təmin etməyə çalışır. Mərkəzi Asiya ilə ABŞ arasında C5+1 formatı 10 il əvvəl yaradılmasına baxmayaraq praktiki olaraq heç bir iş aparılmamışdı. D.Tramp bu formatı canladırmaqla Avrasiya məkanında ABŞ-ın praqmatik maraqlarının olduğunu bildirir. Azərbaycan ilə Türkiyə Mərkəzi Asiya respublikaları ilə sıx iqtisadi və siyasi əlaqələrə malikdirlər. Bu ölkələr Türk Dövlətləri Təşkilatında təmsil olunur və qlobal xarakter daşıyan beynəlxalq əhəmiyyətli iqtisadi layihələri birlikdə həyata keçirirlər.

AZƏRTAC-ın “Bu görüşün nəticələri Azərbaycan və Türkiyə üçün nələr vəd edir?” – sualını beynəlxalq əlaqələr üzrə ekspert, Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökce cavablandırıb.

Professor bildirib ki, Prezident D. Tramp Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın dövlət başçıları ilə Ağ Evdə keçirəcəyi görüş Amerikanın iqtisadi və siyasi əlaqələrinə yeni istiqamətlər qazandırmaq istəyir.

“Məsələyə iqtisadi baxımdan yanaşsaq qeyd etmək lazımdır ki, Mərkəzi Asiya dövlətləri zəngin təbii ehtiyatlara malikdir, ABŞ-ın bu dövlətlərlə əlaqələrini inkişaf etdirməsi rəsmi Vaşinqtona regionda ticarət aktoru olmaq şansını qazandıracaq, Çin və Rusiya ilə yanaşı Mərkəzi Asiyada iştirakını artıracaq. Həm karbohidrogen, həm də nadir yer metallarına ehtiyacın artdığı bu dönəmdə ABŞ Mərkəzi Asiya respublikaları ilə tərəfdaş olacaq. Digər bir məsələ isə ondan ibarətdir ki, Çinin “İpək Yolu” layihəsinin şimal istiqaməti ABŞ-ın regiondakı varlığını artıracaq. Məsələyə siyasi aspektdən yanaşdıqda isə, coğrafi baxımdan Çin və Rusiyaya daha yaxın olan Mərkəzi Asiya respublikaları ABŞ-ın regiondakı iştirakı ilə siyasi balansı qoruyub saxlaya biləcəklər. Ağ Evdəki görüşdə Amerika bu respublikaları öz tərəfinə çəkməyə çalışacaq”, - deyə Ali Fuat Gökce qeyd edib.

Universitetin professoru onu da əlavə edib ki, Türkiyə və Azərbaycan bu görüşdən iqtisadi üstünlüklər əldə edəcək: “Amerika Mərkəzi Asiya ilə əlaqələri Zəngəzur dəhlizi üzərindən quracaq. Buna görə Vaşinqton Türk dövlətlərinə xüsusi önəm verir. Zəngəzur dəhlizinin üzərindən ticarətin həyata keçirilməsi isə Azərbaycan ilə Türkiyəni qlobal məkanda ön plana çıxaracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri