Icma.az
close
up
RU
Türkiyəli stomatoloq: Dişləri yeməkdən dərhal sonra fırçalamayın

Türkiyəli stomatoloq: Dişləri yeməkdən dərhal sonra fırçalamayın

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Təzə meyvə, bəzi bitki çayları kimi sağlam qidalarla bərabər turş və ya şəkərli içkilər diş eroziyasına səbəb olur.

Aparılan bir araşdırmada, gündə iki dəfədən çox sitrus meyvəsi yeyənlərin yeməyənlərə nisbətən 37 qat daha çox diş eroziyası riski ilə qarşı-qarşıya olduğu ortaya çıxıb. Həmçinin hər gün qazlı içkilər içənlər, həftədə bir neçə dəfə alma sirkəsi və ya enerji içkiləri istifadə edənlər də risk qrupunda yer alır. Bu vərdişlər dişlərdə turşu eroziyası yaranma ehtimalını 4-10 qat daha çox artırır.

Ailem.az Türkiyə mətbuatına istinadən bildirir ki, türkiyəli diş həkimi Pertev Kökdemir turş qidalar yedikdən sonra dişləri fırçalamağı məsləhət görmür. Çünki turş içkilər və qidalar, sitrus meyvələri və protein tərkibli içkilər diş minasını yumşaldır: “Bu qidaları yedikdən sonra dişləri fırçalamaq turşunun diş minası üzərindəki təsirini sürətləndirə və alt təbəqəyə aşındıra bilər. Yeməkdə dişlərə yapışan artıqlar qısa zamanda turşuya çevrilir. Yeməkdən dərhal sonra diş fırçalamaq isə o turşunun ağız içində yayılmasına səbəb olur. Turşu diş minasının keyfiyyətini aşağı salır, dözümünü azaldır. Beləcə, dişlər daha da asanlıqla çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra fırçalayın. Əslində ən ideal olanı gecə yatmazdan öncə fırçalamaqdır”.

Həkim dişlərdə problem yaranmamasının sadə üsulunu da göstərir: “Turş bir şey yedikdən sonra turşunu neytrallaşdırmaqdan ötrü ağzımızı su ilə yaxalamalıyıq. Dişlərinizi fırçalama ehtiyacı hiss edirsinizsə, onda ağzınızı çalxalayın və sonra bir stəkan su için. Ondan sonra fırçalayın”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri