Türkiyəni İrəvanda o təmsil edəcək
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistaha səfər edəcək. O 4 mayda Ermənistanın paytaxtı İrəvanda "Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik" mövzusu altında keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında Türkiyəni təmsil edəcək.
Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, görüşdə demokratik dayanıqlığı gücləndirmək, əlaqələri yaxşılaşdırmaq, iqtisadi və enerji təhlükəsizliyini möhkəmləndirmək üçün daha sıx əməkdaşlıq və koordinasiya istiqamətində atılan addımlar qiymətləndiriləcək, eyni zamanda son regional inkişaflar və qlobal məsələlər müzakirə olunacaq.
Vitse-prezident Cövdət Yılmazın İrəvana səfəri Türkiyədən Ermənistana bu səviyyədə ilk səfər olacaq.
27 Aİ üzv dövlətinin, eləcə də digər Avropa ölkələrinin və Kanadanın dövlət və hökumət başçılarının dəvət olunduğu zirvə toplantısının noyabr ayında İrlandiyada davam etdirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 May 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















