Icma.az
close
up
RU
Türkiyəni silkələyən əməliyyat: Metro və yollar bağlandı, polis hərəkətə keçdi Nə baş verir?

Türkiyəni silkələyən əməliyyat: Metro və yollar bağlandı, polis hərəkətə keçdi Nə baş verir?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul Böyük Şəhər Bələdiyyəsində keçirilən əməliyyat nəticəsində sədr Əkrəm İmamoğlu və ona yaxın şəxslərin həbsi Türkiyədə rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, bələdiyyədə bir sıra qanunsuz ianə toplanışlarının həyata keçirildiyinə dair görüntülərin yayıldığı bildirilir.

Hətta İmamoğlunun PKK terror təşkilatı ilə əlaqəsinin olduğu və ora yardım göndərdiyi iddia olunur. Ümumilikdə isə Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık, habelə müğənni Ercan Saatçi də daxil olmaqla 79 şübhəlinin saxlanıldığı açıqlanıb.

“NetBlocks”un məlumatına görə, səs-küylü həbslərdən sonra səhər saatlarında “X”, “İnstagram”, “You Tube” və “TikTok”a giriş qismən məhdudlaşdırılıb.

Həmçinin baş verənlər fonunda dollar 40,94 lirəyə, avro isə 44,52 lirəyə qalxıb. Daha sonra isə nisbi sabitlik yaranıb və dollar 39,35, avro 42,26-ya qədər geriləyib.

İstanbulda “Taksim” metrostansiyası növbəti xəbərdarlığa qədər bağlanıb. Eyni zamanda təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün 19-23 mart tarixləri arasında hər cür toplantı, nümayiş və mətbuata açıqlamaların qadağan edildiyi bildirilib.

Hazırda bəzi küçələrdə polislərin yerləşdiyi deyilir.

Son məlumata görə, saxlanılanlardan 106 nəfərin haqqında həbs qətimkan tədbiri qərarı verilib. 84 nəfərin isə sorğulandığı qeyd edilir. İmamoğlu və ona yaxın olan şəxslər barəsində “Cinayət təşkilatının lideri və ya üzvü olmaq”, “Qəsbkarlıq”, “Rüşvətxorluq”, “Məqsədli fırıldaqçılıq”, “Şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi” və “Tender saxtakarlığı” maddələri üzrə istintaq başladılıb. Türkiyə KİV İstanbul merini 4 sutkalıq həbs qərarının gözlədiyini yazır.

Qeyd edək ki, Əkrəm İmamoğlu Türkiyənin ən böyük müxalifət partiyası olan CHP-nin tanınmış simalarındandır. Bir müddət öncə Türkiyə müxalifəsinin liderlərindən Zəfər Partiyasının sədri Ümid Özdağ da həbs olunub. Hazırda müxalifət mediasının tanınmış jurnalistlərinin bir qisminin də prokurorluğa çağırıldığı, istintaqa cəlb edildiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri