Icma.az
close
up
RU
Türkiyəni silkələyən hadisədə azərbaycanlı iddiası: Nazirlik hərəkətə keçə bilər

Türkiyəni silkələyən hadisədə azərbaycanlı iddiası: Nazirlik hərəkətə keçə bilər

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Türkiyədə saxta diplom şəbəkəsi ifşa edilib. İddiaya görə, ölkədə “e-imza” proqramı vasitəsilə bu gün siyasətçi, cərrah, estetik həkimi və bir çox sahələr üzrə fəaliyyət göstərən məşhur şəxslərə illər öncə saxta təhsil sənədləri verilib.

Maraqlıdır ki, şəbəkənin diplom verdiyi şəxslər arasında çox sayda azərbaycanlının olduğu deyilir. Xüsusən Türkiyədə təhsil alan və hazırda ölkəmizdə fəaliyyət göstərən həkimlər və estetik cərrahlar arasında belə şəxslərin olduğu bildirilir.

Artıq bir müddətdir Səhiyyə Nazirliyi sözügedən sahə üzrə fəaliyyət göstərən həkimlərin yoxlanışını həyata keçirir və kifayət qədər insanın lisenziyası da ləğv edilib. Lakin şəbəkənin Azərbaycandakı təsirinin düşünüləndən daha geniş olduğu bildirilir.

Bütün sahələr üzrə ali təhsil sənədi saxta olan şəxsləri müəyyənləşdirmək necə mümkündür? Bunun üçün hansı mexanizm tətbiq edilməlidir?

Globalinfo.az-a danışan təhsil eksperti Vüsal Kərimli deyib ki, bu proses hazırda cəmiyyətin nəzarətində və marağında olan məsələlərdəndir:

“Bu istiqamətdə birbaşa dövlət səviyyəsində böyük işlərə start verilməlidir. Çünki hadisə ciddi narahatlıq doğurur. Saxta diplomların verilməsi ilə bağlı mövcud qanunların daha da sərtləşdirilməsi vacibdir. Həmçinin, bu cür hallar təhsil sisteminə olan etimadı zəiflədir və ciddi hüquqi nəticələrə yol açır.


Vüsal Kərimli

Xaricdən alınan “diplomlar”ın müəyyən edilməsi üçün müxtəlif mexanizmlər tətbiq olunmalıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  adiyyəti üzrə ölkədə fəaliyyət göstərən bütün qurumlara sirkulyar qaydada məktubla müraciət etməklə yoxlamalara başlamalıdır. Paralel olaraq dövlət və özəl qurumlarda fəaliyyət göstərən şəxslərin (tibb və pedaqoji sahə üzrə) ali təhsil sənədi yoxlanıla bilər. Bu istiqamətdə xarici diplomların (keçmişdə verilən) Elektron hökumət portalına işlənmə surətinin artırılması vacib şərtdir. Ali Attestasiya Komissiyası (AAK) üzrə verilmiş (NOSTRİFİKASİYA) diplomların da həmin portala keçirilməsini təmin etmək lazımdır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Avqust 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri