Icma.az
close
up
RU
Türkiyəni silkələyən ƏMƏLİYYAT: Alparslan Kuytul KİMDİR... DOSYE

Türkiyəni silkələyən ƏMƏLİYYAT: Alparslan Kuytul KİMDİR... DOSYE

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Adana şəhərində Furkan Vəqfinin sədri Alparslan Kuytula qarşı səhər saatlarında əməliyyat keçirilib. Əməliyyat zamanı Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb.

Hurriyyet.media  "Hüriyyet"ə istinadən xəbər verir ki, Alparslan Kuytul Türkiyədə Furkan Vəqfinin təsisçisi və rəhbəri kimi tanınır.

O, dini fəaliyyəti, hökumətə yönəltdiyi tənqidləri, habelə barəsində açılmış cinayət işləri və həbs qərarları ilə dəfələrlə Türkiyə gündəminə gəlib.

Alparslan Kuytul 20 avqust 1965-ci ildə Türkiyənin Adana vilayətinin Karataş rayonunda anadan olub.

Kuytul Çukurova Universitetinin Memarlıq-Mühəndislik Fakültəsinin İnşaat Mühəndisliyi ixtisasını bitirib. O, 1991-ci ildə təhsilini başa vurub.

Daha sonra Misirə gedərək Əl-Əzhər Universitetinin Şəriət Fakültəsində İslam hüququ üzrə təhsil alıb. 1993–1997-ci illərdə bu istiqamətdə təhsilini davam etdirib.

Furkan Vəqfini necə yaradıb?

Kuytul Misirdə, Əl-Əzhər Universitetində təhsil aldığı dövrdə Furkan Təhsil və Xidmət Vəqfini yaradıb.

Təşkilat sonrakı illərdə Türkiyədə dini və ictimai fəaliyyətləri ilə tanınıb. Furkan Vəqfinin mərkəzi Adanada yerləşir.

Kuytul internet üzərindən yayımlanan TV Furkan kanalının fəaliyyətində də iştirak edib. Bundan başqa, 2011-ci ildən yayımlanan “Furkan Nesli” jurnalında baş redaktor kimi fəaliyyət göstərib.

Təşkilat daxilində Kuytul “Hocaəfəndi” ləqəbi ilə tanınır.

Alparslan Kuytulun həyat yoldaşı Semra Kuytul da Furkan Vəqfinin tanınmış simalarından biridir. O, təşkilat daxilində “Hoca xanım” kimi tanınır və xüsusilə qadınlara yönəlmiş fəaliyyətləri ilə seçilir.

İlk həbsi

Alparslan Kuytul 30 yanvar 2018-ci ildə saxlanılıb, 8 fevral 2018-ci ildə isə həbs edilib.

Onun barəsində “cinayətkar təşkilat yaratmaq və külli miqdarda dələduzluq” ittihamları ilə məhkəmə prosesi aparılıb.

Bundan başqa, 2018-ci ildə ona qarşı “terror təşkilatlarına dəstək vermək” ittihamı ilə də cinayət işi açılıb.

Kuytul 5 dekabr 2019-cu ildə həbsdən azad edilib. Sözügedən iş üzrə isə 3 noyabr 2020-ci ildə bəraət alıb.

O, 9 may 2022-ci ildə Adana Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə yenidən həbs edilib.

Həmin proses çərçivəsində ona müxtəlif ittihamlar irəli sürülüb və barəsində 38 il 6 aya qədər həbs cəzası tələb olunub.

Alparslan Kuytul 16 iyun 2023-cü ildə həbsdən azad edilib.

İslam yönümlü qurum kimi tanınan Furkan Vəqfi son illərdə Türkiyə hökumətinə yönəltdiyi tənqidlər, təşkilatın keçirdiyi tədbirlərə polis müdaxilələri və ona qarşı keçirilən əməliyyatlarla gündəmə gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Avqust 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri