Icma.az
close
up
RU
Türkiyənin 22 ci UNESCO İrsi: Sardis və Bintepə FOTOLAR

Türkiyənin 22 ci UNESCO İrsi: Sardis və Bintepə FOTOLAR

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə mədəni irsinin qorunması və davamlı şəkildə gələcək nəsillərə ötürülməsi istiqamətində həm milli təşəbbüslərə dəstək verir, həm də beynəlxalq əməkdaşlıqları uğurla genişləndirir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu istiqamətdə atılan ən son və mühüm addımlardan biri, 2025-ci il 6–16 iyul tarixlərində Fransanın paytaxtı Parisdə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında reallaşıb. Hələ 2013-cü ildən etibarən UNESCO-nun Gözləmə Siyahısında yer alan Sardis və Bintepə Lidiya Tümülüsü, bu toplantıda rəsmi olaraq Ümumdünya İrsi Siyahısına daxil edilib.

Beləliklə, bu qərarla birlikdə Türkiyənin UNESCO siyahısındakı mədəni irs nümunələrinin sayı 22-yə çatıb. Siyahıya yeni əlavə olunan bu ərazi ölkənin qərbində, Manisa vilayətində yerləşir.

Qədim dövrlərdə Lidiyalıların paytaxtı olmuş Sardis, dəmir dövrünün ən qüdrətli sivilizasiyalarından biri kimi tanınır. Xüsusilə zənginliyi və ilk metal pul sikkələrinin dövriyyəyə buraxılması ilə tarixə düşən bu şəhər, Anadolunun zəngin tarixi keçmişinin canlı şahidlərindəndir.

Sardisin yaxınlığında yerləşən Bintepə Kral Nekropolu isə dünyanın ən iri tümülüs qəbir komplekslərindən biri sayılır. UNESCO bu sahəni III saylı meyara əsasən Ümumdünya İrsi elan edib – bu meyar, Lidiyalıların yerli mədəniyyətini əks etdirən bənzərsiz arxeoloji və memarlıq sübutların mövcudluğunu nəzərə alır.

Bu son qərarla Türkiyə UNESCO-nun Ümumdünya İrsi Siyahısındakı mövqeyini bir qədər də möhkəmləndirmiş, özünün bəşəri dəyərə çevrilmiş zəngin tarixi və mədəni irsini dünya ictimaiyyətinə daha geniş miqyasda tanıtmağa davam etmişdir.

Lidiyalıların Paytaxtı Sardisin Şanlı İrsi

Tarixi e.ə. V-ci əsrə qədər uzanan Sardis, xüsusilə e.ə. VI-cı əsrdə Lidya Krallığının paytaxtı kimi tarixə adını qızıl hərflərlə yazdırıb. Lidiyalılar Anadolu mənşəli xalq olmaqla yanaşı, özlərinə məxsus dil və dini sistem formalaşdırmış, ilk qızıl və gümüş sikkələri dövriyyəyə buraxaraq dünya iqtisadiyyatında yeni bir mərhələnin əsasını qoymuşlar. Bu qədim şəhəri əhatə edən və o dövrdə Paktolos çayı kimi tanınan Sart çayı, ətraf əraziləri zəngin qızıl yataqları ilə bəxş etmiş, bunun nəticəsində isə Kral Kroisosun (Karunun) sərvəti dillərə dastan olmuşdur.

Əfsanəyə görə, toxunduğu hər şeyi qızıla çevirən sehrli gücə malik Frigiya kralı Midas da bu gücdən xilas olmaq üçün məhz bu çayın sularında əllərini yuyaraq lənətdən azad olmuşdur.

UNESCO-nun rəsmi məlumatında bildirilir:

“Sardis möhkəmləndirilmiş divarlar, terraslar və fərqli funksiyalara malik zonalardan – yaşayış sahələri, müqəddəs yerlər və qəbiristanlıqlardan – ibarət olan unikal şəhərsalma quruluşuna malik idi.”

Bu qədim şəhər öz memarlıq üslubu və mədəni irsi ilə seçildiyi halda, yaxınlığında yerləşən Bintepə Lidiya Tümülüsü isə dünyanın ən böyük qədim nekropollarından biri sayılır. Təxminən 7.500 hektarlıq geniş ərazini əhatə edən bu sahədə 119-dan çox kurqan tipli qəbir abidəsi yerləşir. Bu məzarlar təkcə arxeoloji dəyəri ilə deyil, həm də Lidiyalıların inanc və dəfn mədəniyyətini araşdırmaq baxımından əvəzsiz mənbədir.

E.ə. VI-cı əsrdə Lidya Krallığının süqutundan sonra da Sardis öz əhəmiyyətini qoruyub saxlamış və Əhəmənilər, yunanlar, romalılar və şərqi romalıların (Bizansın) hakimiyyəti dövründə də mühüm şəhər olaraq inkişaf etmişdir. Bu gün qədim şəhər ərazisində mükəmməl şəkildə qorunub saxlanılmış Roma dövrünə aid abidələr mövcuddur. Onların sırasında hamam-idman kompleksi, akropol və Artemida məbədi xüsusilə diqqət çəkir.

Sardisin seçildiyi başqa bir vacib xüsusiyyət isə onun dini əhəmiyyətidir. Burada qədim dünyanın ən böyük sinaqoqu yerləşir. Eyni zamanda, bu şəhər Anadolu ərazisində yerləşən Müqəddəs Vəhyin Yeddi Kilsəsindən birinə də ev sahibliyi edir. Bu kilsələr xristian dünyasında erkən dövr inancının yayılmasında mühüm rol oynamış, həm də Türkiyədəki ən vacib dini ziyarət marşrutlarından birinə çevrilmişdir.

Müqəddəs Kitabın Vəhy bölümünə görə, bu yeddi kilsəyə Müqəddəs Yəhya tərəfindən məktublar ünvanlanıb. Məktublarda icmalar mənəvi yenilənməyə çağırılır. Sardis kilsəsinə yazılan məktubda isə burada yaşayanlar zahirdə “canlı” görünsələr də, ruhən ölü olmaqda tənqid olunurlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 İyul 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri