Icma.az
close
up
RU
Türkiyənin “Biznes diplomatiyası” jurnalında Azərbaycanın iqtisadi imkanları barədə məqalə dərc edilib

Türkiyənin “Biznes diplomatiyası” jurnalında Azərbaycanın iqtisadi imkanları barədə məqalə dərc edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 22 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu-DEİK-in “Biznes diplomatiyası” jurnalında Azərbaycanın iqtisadi və investisiya imkanları barədə geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan: fürsətlər ölkəsi” sərlövhəsi ilə dərc edilən yazı ölkəmizin Türkiyədəki ticarət nümayəndəliyinin məlumatları əsasında hazırlanıb.

Məqalədə qeyd edilib ki, Azərbaycan azad ticarət sazişləri, vergi güzəştləri və uzunmüddətli maliyyə imkanları ilə geniş fürsətlər təqdim edir. Zəngin tarixə və mədəniyyətə malik Azərbaycan təqdim etdiyi strateji üstünlüklər, sürətlə inkişaf edən müasir iqtisadiyyatı və əhatəli təşviq mexanizmləri ilə iş adamları üçün cəlbedici mərkəzə çevrilib. Bu təşviqlər vergi üstünlükləri və digər dövlət dəstəkləri sayəsində Azərbaycan investorlar üçün uzunmüddətli qazanc vəd edən sərmayə mühiti yaradır.

“Strateji mövqe və nəqliyyat şəbəkəsi”, “Güclü iqtisadi struktur və münasib investisiya mühiti”, “280 milyon əhalini əhatə edən bazara çıxış”, “İnvestor dostu siyasət və təşviqlər” kimi bir çox yarımbaşlıqla dərc edilən məqalədə bildirilir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin, eyni zamanda Orta Dəhlizin üzərində yerləşən Azərbaycan hava, dəniz, quru və dəmir yolu infrastrukturu sayəsində regional və beynəlxalq bazarlara çıxış baxımından böyük imkanlar yaradır. 1995–2023-cü illər arasında Azərbaycana qoyulan ümumi sərmayə 341 milyard dolları keçib ki, bunun da 171 milyard dolları xarici investisiyalardır. Həmçinin, 2015-ci ildən bəri manat-dollar məzənnəsi 1,7 səviyyəsində sabit qalaraq iqtisadi sabitliyi dəstəkləyib. On ölkə ilə imzaladığı azad ticarət sazişləri sayəsində Azərbaycan üzərindən ümumilikdə 280 milyon nəfərlik bazara birbaşa çıxış mümkündür. Ölkə “İnvestisiya fəaliyyəti haqqında” Qanunu ilə investorların hüquq və azadlıqlarını təmin edərkən, iş adamları üçün müxtəlif təşviq mexanizmləri təqdim edir. Sənaye parkları və məhəllələri, eləcə də azad iqtisadi zonalarda fəaliyyət göstərən investorlar üçün əhatəli vergi və gömrük güzəştləri mövcuddur. Bundan əlavə, Azərbaycan investorlarına müxtəlif maliyyə dəstək mexanizmləri və fərqli sahələrdə geniş layihə imkanları da təklif edir.

Yazıda bildirilir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişi çərçivəsində iki ölkə arasında 30 məhsul növü üçün gömrüksüz ticarət imkanı yaradılıb. Həmçinin, sərhəd ticarətinin inkişaf etdirilməsi, iş adamları arasında əlaqələrin və kommunikasiyanın asanlaşdırılması, tranzit keçidlərin sürətləndirilməsi üçün lazımi tənzimləmələr həyata keçirilir.

Məlumat olaraq bildirilib ki, hazırda dünyanın beş ölkəsində Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrdəki ticarət nümayəndəlikləri Azərbaycanın müvafiq ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və bu sahədə maraqlarının qorunması, həmin ölkələrə mal və xidmətlərin ixracının artırılması, eləcə də ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində çalışır. Ticarət nümayəndəlikləri İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmaqla, təmsil olunduqları ölkələrdə Azərbaycanın səfirlikləri və baş konsulluqlarının dəstəyi ilə fəaliyyət göstərir. Belə nümayəndəliklərdən biri də 2023-cü ilin iyun ayından etibarən ölkəmizin ən böyük iqtisadi-ticarət tərəfdaşlarından biri olan qardaş Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlayıb. “Xarici sərmayə haqqında düşünürsünüzsə, sizə yad olmayan Azərbaycana gəlin” şüarı ilə fəaliyyət göstərən nümayəndəlik türkiyəli iş adamlarının ölkəmizə investor qismində cəlb edilməsi ilə yanaşı, Azərbaycanın mal və xidmətlərinin Türkiyədə tanıdılması və ixracının stimullaşdırılması istiqamətində də mütəmadi tədbirlər həyata keçirir.

Qeyd edək ki, çap və elektron formatda dərc edilən DEİK-in “Biznes diplomatiyası” jurnalı ölkənin ən nüfuzlu mətbu orqanıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri