Icma.az
close
up
RU
Türkiyənin bu təyyarələri bir düymə ilə sıradan çıxarıla bilər Yəhudi ekspertin iddiasına cavab

Türkiyənin bu təyyarələri bir düymə ilə sıradan çıxarıla bilər Yəhudi ekspertin iddiasına cavab

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailli politoloq Yuri Gimmelfarb Globalinfo.az-a açıqlamasında deyib ki, Suriyada hərbi münaqişə olarsa, Türkiyə hərbi aviasiyası elə ilk gün fəaliyyətsiz qalacaq. Onun fikrincə, F-16, F-35 döyüş təyyarələrinin aviasiya elektronikası İsrailə məxsusdur.

Bu, nə dərəcədə peşəkar şərhdir və hansı həddə qədər həqiqəti əks etdirir?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, israilli politoloqun dedikləri həqiqəti əks etdirmir:

“Məlumdur ki, F-16 və F-35 döyüş təyyarələri ABŞ istehsalı olsa da, onların bir sıra komponentləri ayrı-ayrı ölkələrdə istehsal olunur. Məsələn, F-16 təyyarələri ABŞ-la yanaşı Türkiyə, Cənubi Koreya və Hollandiyada da istehsal edilib. Son illərdə isə bu təyyarələrin Ukraynaya, eləcə də Argentina və Rumıniya kimi ölkələrə çatdırılması məqsədilə Belçika və Hollandiyadakı zavodlarda da istehsalına başlanılıb.

F-35 təyyarəsi əsasən ABŞ-da istehsal olunsa da, onun bəzi komponentləri Böyük Britaniya, İtaliya, Avstraliya, Danimarka, Hollandiya, Finlandiya və Türkiyə kimi ölkələrdə beynəlxalq proqram çərçivəsində hazırlanırdı. Hətta Türkiyə bu proqramdan çıxarılmasına baxmayaraq, proqramda olduğu dövrdə istehsal olunan F-35-lərdə Türkiyənin də mühüm payı olub.

Xüsusilə F-16 təyyarələri üzərində dayanmaq istəyirəm. Çünki Türkiyənin arsenalında ən çox sayda olan döyüş təyyarəsi məhz F-16-lardır. “FlightGlobal”ın 2024-cü il Dünya Hava Qüvvələri kataloquna əsasən, Türkiyə dünyada ən çox F-16 təyyarəsinə sahib olan ikinci ölkədir. Birinci yerdə 897 ədəd F-16 ilə ABŞ qərarlaşır, ikinci yerdə isə 243 təyyarə ilə Türkiyə gəlir. İsraildə 224, Misirdə 218, Cənubi Koreyada 167, Yunanıstanda 154, Tayvanda 137, Pakistanda 75 və Sinqapurda 60 ədəd F-16 mövcuddur. Hazırda F-16-lar Türkiyə Hərbi Hava Qüvvələrinin əsas zərbə gücünü təşkil edir və bu təyyarələrin demək olar ki, hamısı “Lockheed Martin” şirkətinin lisenziyası əsasında Türkiyədə istehsal olunub”.

Rəşad Bayramov

Politoloqun sözlərinə görə, bu təyyarələrin aviasiya elektronikasının guya İsrailə məxsus olması ilə bağlı iddialar isə əsassızdır:

“Lakin hətta belə bir hal mövcud olsa belə – yəni, həmin təyyarələrin aviasiya elektronikası doğrudan da İsrail tərəfindən hazırlanmış olsa belə – onların məsafədən “söndürülməsi” mümkün deyil.

Birincisi, belə bir texniki imkan real olsaydı, müxtəlif ölkələr bu təyyarələri almağa maraq göstərməz, bir təyyarəyə 120-130 milyon dollar dəyərində vəsait xərcləməzdilər. İkincisi, məlumdur ki, istər təyyarə, istərsə də digər silah sistemləri (məsələn, raketlər, pilotsuz uçuş aparatları) hansısa ölkə tərəfindən alındıqdan sonra həmin texnikalara xüsusi yazılım proqramları inteqrasiya edilir. Türkiyədə isə F-16 təyyarələri üçün bu proqram təminatı və ümumi struktur modernizasiyası TUSAŞ (Türk Hava və Kosmos Sənayesi) tərəfindən həyata keçirilir. Bu səbəbdən, İsrailin həmin təyyarələri hər hansı şəkildə fəaliyyətsiz duruma salmaq imkanı yoxdur.

Əgər İsrailin doğrudan da belə bir texniki imkanı olsaydı, o zaman bir neçə il əvvəl ABŞ və BƏƏ arasında F-35 təyyarələrinin alınmasına dair razılaşmaya bu qədər kəskin etiraz etməzdi. İsrail həmin dövrdə bu razılaşmanın qarşısını almaq üçün ABŞ-a təzyiqlər göstərmiş, nəticədə Vaşinqton-Təl-Əviv münasibətlərində müəyyən soyuqluq yaranmışdı. Əgər İsrail bu təyyarələri istədiyi zaman söndürmək imkanına malik olsaydı, bu qədər narahatlıq keçirməyə və etiraz etməyə ehtiyac qalmazdı. Deməli, məsələ heç də politoloq Yuri Gimmelfarbın təqdim etdiyi şəkildə deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri