Türkiyənin ədliyyə naziri: Ölkənin inkişafı terrorizmin kökünün kəsilməsi ilə qırılmaz şəkildə bağlıdır
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin gələcək inkişafı, o cümlədən Cümhuriyyətin ikinci yüzillik üçün elan edilmiş məqsədlərinin həyata keçirilməsi terrorizmin kökünün kəsilməsi ilə qırılmaz şəkildə bağlıdır.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iyulun 25-də Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Qaziantep vilayətində bildirib.
Nazir PKK terror təşkilatının tərk-silah edilməsi və özünü ləğvi prosesinin uğurla başa çatdırılmasının vacibliyini vurğulayıb. “Terror probleminin ölkəmizin gündəmindən tamamilə çıxarılması Türkiyənin dünyanın ən güclü dövlətlərindən biri olmaq yolunda uğurla inkişaf etməsinə şərait yaradacaq, gənclərimiz gələcəyə daha inamla baxa biləcəklər”, -deyə Tunç bildirib.
Bu kontekstdə hakim Ədalət və İnkişaf Partiyası PKK probleminin yekun həlli naminə səyləri birləşdirməyə çağırıb.
Eyni zamanda, Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” adlı komissiyanın yaradılması təşəbbüsünün müzakirəsi davam edir. Komissiyaya parlamentdə təmsil olunan aparıcı siyasi partiyaların nümayəndələrinin daxil olacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















