Türkiyənin ən varlı adamı rüşvətdən şikayətlənib: İş dünyası çürüyür
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
“Forbes”in açıqladığı “Türkiyənin ən zəngin iş adamları” siyahısında 5,4 milyard dollar sərvəti ilə birinci olan Murat Ülker “LinkedIn” sosial şəbəkəsində diqqətçəkən paylaşım edib.
Sfera.az xəbər verir ki, Ülker paylaşımında ölkədəki rüşvətxorluqdan şikayətlənib.
Ülker bu fikirlərini Türkiyə Qida Sənayesi İşəgötürənlər Birliyinin İdarə Heyətinin sədri Kaan Sidarın başlatdığı “rüşvət” müzakirəsini sosial media hesabından şərh edən zaman yazıb. Ülkerin sözlərinə görə, rüşvət məsələsi iş dünyasındakı çürümənin ölçüsünü dəyişdirib.
Ülkər Kaan Sidarın "rüşvət"lə bağlı yazısına belə cavab verib: "Hörmətli Kaan Sidar, rüşvətin ikitərəfli olduğu bilinir. Rüşvət haqqımız olmayan bir şeyi əldə etmək üçün verilir və alınır. Ancaq indi üzləşdiyimiz vəziyyət daha da pisdir. İndi haqqınız olanı da almaq üçün rüşvət verməlisiniz".
Vasif
Baxış sayı:87
Bu xəbər 18 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















