Icma.az
close
up
RU
Türkiyənin fəal rolu və ABŞ nin təşəbbüsü: Rusiya ilə Ukrayna razılığa gələcəkmi?

Türkiyənin fəal rolu və ABŞ nin təşəbbüsü: Rusiya ilə Ukrayna razılığa gələcəkmi?

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Ukrayna ilə Rusiya arasında davam edən münaqişə fonunda sülh danışıqları məsələsi yenidən gündəmədir. Ukrayna prezidenti Volodimir Zelenski Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, mümkün danışıqlarda ABŞ və Türkiyə vasitəçi kimi iştirak edəcəklər.

Onun sözlərinə görə, İstanbulda belə bir görüşün keçirilməsi təklif olunub, lakin hələlik dəqiq vaxt müəyyən olunmayıb.

Görəsən ABŞ və Türkiyənin vasitəçiliyi danışıqlar prosesinə hansı formada təsir göstərə bilər?

Türkiyənin bu prosesdə fəal iştirak etməsi regionda geosiyasi güc balansına necə təsir edə bilər?

Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyir ki, Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra, 2022-ci ildə Türkiyə danışıqlar üçün bir platforma təklif etmişdi:

“Həmin platforma çərçivəsində kifayət qədər ciddi və uğurlu görüşlər baş tutdu. Daha sonrakı mərhələdə də müxtəlif səviyyələrdə danışıqlar aparıldı, amma həmin görüşlər praktiki olaraq sonuncu oldu. O vaxt əldə olunan razılaşmalar sonradan Avropanın bir sıra ölkələrinin təzyiqi və təhriki ilə Ukrayna tərəfindən pozuldu. Başqa sözlə, danışıqlar dayandırıldı və sonrakı proseslər hamımıza məlumdur.

Ukrayna ərazilərinin bir hissəsini itirib, hər iki tərəf ciddi insan itkisi ilə üzləşib. Mövcud vəziyyət və baş verən hadisələr onu göstərir ki, danışıqlar prosesi nə qədər tez bərpa olunarsa və nəticə verərsə, həm Ukrayna, həm Rusiya, eləcə də bütün dünya üçün bir o qədər faydalı olar.

ABŞ-nin yeni administrasiyası Donald Trampın rəhbərliyi altında Rusiya-Ukrayna münaqişəsinin həllinə nail olmağa çalışır. Trampın bəyanatları bəzən həssas məqamlar yaratsa da, düşünmürəm ki, bu həssaslıqlar onun mövqeyində əsas motivdir.

ABŞ-nin da öz maraqları var və bu, Donald Trampın fevral ayında Ağ Evdə Zelenski ilə görüşündə daha aydın göründü. Görüş zamanı daha çox əlvan, dəyərli və nadir metallarla bağlı saziş imzalanması məsələsi ön planda oldu. Bu isə göstərir ki, ABŞ-nin əsas məqsədi həmin resurslardan öz payını almaq və Ukraynaya ayırdığı böyük vəsaitlərin qarşılığını əldə etməkdir. Saziş artıq imzalanıb və bu, ABŞ-nin böyük ölçüdə öz istəyinə çatdığını göstərir. Rusiya ilə bağlı məsələlər isə, xüsusilə Rusiyanın nəzarətində qala biləcək ərazilərdəki faydalı qazıntılarla bağlı müzakirələr daha çox Ukrayna-Rusiya münasibətlərində aktuallıq daşıyır. Məsələnin də dalana dirəndiyi məqamlardan biri də məhz budur”.

Politoloq bildirir ki, Avropa dövlətləri bu prosesdən tamamilə kənarda qalmaq istəmirlər:

“Onlar məsələnin Türkiyədə müzakirə olunmasına müsbət yanaşa bilərlər, çünki bu halda ədalətli və neytral mövqe tuta biləcək vasitəçi prosesə qoşulur. Avropa ölkələrinin böyük əksəriyyəti – Macarıstan, Serbiya və bir neçə başqa ölkə istisna olmaqla açıq şəkildə Ukraynanı dəstəkləyir. Buna görə də onları platforma kimi istifadə etmək və ya prosesdə iştirak etdirmək real görünmür, çünki onlar Ukraynanın tərəfindədirlər. Amma Türkiyə və ya Səudiyyə Ərəbistanı – hansı ki, ABŞ daha əvvəl Rusiya və Ukrayna ilə görüşləri məhz Səudiyyə Ərəbistanında keçirmişdi. Bu baxımdan daha real vasitəçilər kimi çıxış edə bilərlər.

Bu, həm də Yaxın Şərqdə gedən proseslər fonunda Səudiyyə Ərəbistana bir jest sayıla bilər və onun ABŞ ilə müttəfiqliyini bir daha göstərmək məqsədi daşıyır. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsində neytral qala biləcək bir ölkənin seçilməsi baxımından da əhəmiyyətlidir. Türkiyə də bu statusa malikdir.

Əslində, Türkiyə Səudiyyə Ərəbistanına nisbətən bu proseslərdə daha fəal iştirak edib. Artıq mövcud platforma təcrübəsi var və bu təcrübənin davam etdirilməsi tamamilə məntiqlidir. Bu baxımdan Türkiyənin Yaxın Şərqdəki mövqeyi bir qədər də güclənmiş olur.

Çünki Türkiyəyə artıq müəyyən etimad formalaşıb. Belə ciddi və insanlıq üçün vacib olan məsələnin Türkiyədə müzakirə olunması ona olan beynəlxalq etimadın göstəricisidir. Hazırkı mərhələdə ABŞ -də Suriyada və regionda baş verən bir sıra hadisələrdə Türkiyəyə etibar edir. Hətta bəzi məsələlərdə Türkiyənin rolu İsrailin mövqeyindən belə ön plana çıxır.

Ukrayna ilə yanaşı, Rusiya-Türkiyə münasibətləri də diqqət çəkir. Xüsusilə müharibənin ilk vaxtlarında Türkiyənin Bosfor və Dardanel boğazlarından Rusiya hərbi gəmilərinin keçidinə icazə verməməsi və Montre Konvensiyasına ciddi əməl etməsi beynəlxalq aləmdə ona etibar qazandırdı. Bu addım Ukraynanın da Türkiyəyə olan inamını artırdı.

Sonra gündəmə gələn taxıl sazişləri də Türkiyənin fəal mövqeyini göstərdi. Ukrayna taxılının dünya bazarına çıxarılması məsələsində məhz Türkiyənin təşəbbüsü həlledici rol oynadı. Bütün bu proseslər göstərdi ki, Türkiyə həm ABŞ, həm də Rusiya və Ukrayna ilə münasibətlərində etibarlı, balanslı mövqe sərgiləyə bilir.

Bu baxımdan demək olar ki, tərəflərin maraqları müəyyən mənada uzlaşır və razılaşma üçün ortaq zəmin yaranır. Buna görə də Türkiyədə aparılan danışıqlardan uğurlu nəticələr gözləmək tamamilə realdır.

Gələcəkdə müzakirələrin növbəti mərhələlərinin məsələn, dövlət başçıları səviyyəsində görüşlərin yenə Türkiyədə keçirilməsi mümkündür. Amma əlbəttə, bu missiyanı digər neytral ölkələr də üzərinə götürə bilər. Əsas məsələ odur ki, proses nəticə versin”.

Xəyal Bəşirov vurğulayır ki, ABŞ-nin bu təşəbbüslə çıxış etməsi onu göstərir ki, Vaşinqton artıq bu münaqişəyə son qoymaq niyyətindədir və məsələni gündəmində yekunlaşmış hesab edir:

“Avropa ölkələrinin mövqeyindən asılı olmayaraq, ABŞ bu müharibəni bitirməkdə qərarlıdır.

Daha əvvəl də qeyd etdiyim kimi, ABŞ artıq öz maraqlarının böyük hissəsinə nail olub. Amma bu, yaxın zamanda və ya qısa müddətdə asanlıqla həll olunacaq məsələ deyil. Çünki tərəflər hələ də geri çəkilməyə, güzəştə getməyə hazır görünmür. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə bildirib ki, ərazi baxımından heç bir güzəştdən söhbət gedə bilməz. Rusiya tərəfi isə təbii olaraq geri addım atmır.

Rusiyanın iki il ərzində çox sayda hərbçi – əsgər və zabit itirməsi ölkə hakimiyyətini də çətin vəziyyətə salıb. Rus cəmiyyəti haqlı olaraq sual edir: bu qədər insan tələfatı nə üçün oldu? Əgər nəticədə heç nə əldə edilməyəcəksə, bu qədər qurban nəyə lazım idi?

Buna görə də Rusiya həmin ərazilərdən imtina etməyə meylli deyil.

Bütün bunları nəzərə alsaq, danışıqların mürəkkəb və çətin keçəcəyini görmək olar. Buna görə də burada siyasi təzyiqə və açıq təsirə ehtiyac var. Hazırda bu təzyiqi göstərə biləcək əsas güc ABŞ və onun təsir dairəsindəki qurumlardır.

Avropada isə Ukraynanı açıq şəkildə dəstəkləyən və Rusiyaya qarşı sərt mövqe tutan dövlətlər var. Bir çox Avropa ölkəsi sanksiyaların tətbiqində israrlıdır və bu, dolayı yolla ABŞ-nin pərdəarxası siyasətini ortaya qoyur. Yəni Vaşinqton, Avropa vasitəsilə Rusiyaya təzyiq göstərmək niyyətindədir.

Rusiya da bu oyunun fərqindədir. Lakin görünən budur ki, tərəflər məsələnin tam açıq şəkildə deyil, pərdəarxası razılaşmalar və qarşılıqlı güzəştlər əsasında həllinə doğru yol axtarırlar. Bu yolla münaqişəyə son qoymaq ehtimalı da real görünür”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri